Formula 1 Azərbaycan Qran Prisinin qalibi bəlli oldu

Formula 1 Azərbaycan Qran Prisinin qalibi bəlli oldu


“Mercedes” komandasının pilotu Lyuis Hemilton Bakıda keçirilən Formula 1 Azərbaycan Qran Prisinin qalibi olub.

“Bizimyol.info” xəbər verir ki, finiş xəttini 20 pilotdan 13-ü keçə bilib.
Bakı trekinin uzunluğu 6 kilometr, ümumi məsafəsi isə 306 kilometrdir. Təhlükəsizliyin ən yüksək səviyyədə təmin olunduğu Bakı treki ən sürətli yarışlar kateqoriyasına daxildir. Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir.
Qeyd edək ki, finiş xəttini 20 pilotdan 13-ü keçə bilib:
1. Lyuis Hemilton (“Mercedes”) 1:43:44.291
2. Kimi Raykonnen (“Ferrari”) +2.460s
3. Serxio Peres (“Force India”) +4.024s
4. Sebastian Fettel (“Ferrari”) +5.329s
5. Karlos Sayns (“Renault”) +7.515s
6. Şarl Lekler (“Sauber”) +9.158s
7. Fernando Alonso (“McLaren”) +10.931s
8. Lens Stroll (“Williams”) +12.546s
9. Stoffel Vandorn (“McLaren”) +14.152s
10. Brendon Hartli (“Toro Rosso”) +18.030s
11. Markus Eriksson (“Sauber”) +18.512s
12. Pyer Qasli (“Toro Rosso”) +24.720s
13. Kevin Maqnussen (“Haas”) +30.663s
Daniel Rikkiardo, Maks Ferstappen (hər ikisi “Red Bull Racing”), Esteban Okon (“Force India”), Valtteri Bottas (“Mercedes”), Sergey Sirotkin (“Williams”), Niko Hülkenberq (“Renault”) və Romen Qrojan (“Haas”) finiş xəttini keçə bilməyiblər.
Məlumat üçün bildirək ki, Bakıda Formula 1 Azərbaycan Qran-Prisinə aprelin 27-də start verilib. Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakıda Formula 2 yarışları da keçirilib.

Baxılıb :1 425
{r-rp} {r-rm}



Digər Xəbərlər
Gündəm
İdman Xəbərləri
Şou-Biznes
Facebook Səhifəmiz
Sizinxeber.Az © 2015-2018 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir. Created by Sizinxeber.Az