04 
Kas
2023
02:13

HƏMAS hücumlarının qurbanlarının ailələri Beynəlxalq Cinayət Məhkəməsinə şikayət edib

04 Kas, 2023
02:13
1

HƏMAS hücumlarının qurbanlarının ailələri Beynəlxalq Cinayət Məhkəməsinə şikayət edib

Fələstinin radikal HƏMAS hərəkatının hücumunda həlak olmuş 11 nəfərin ailələri oktyabrın 7-də törədilmiş hücumun səbəbkarlarını “insanlığa qarşı cinayət”də ittiham edərək Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) şikayət edib.

“Report” xəbər verir ki, bu barədə onların maraqlarını təmsil edən vəkil Fransua Zimere açıqlama alan CNN telekanalı məlumat yayıb.

“Söhbət soyqırımı planının həyata keçirilməsindən gedir, həqiqəti müdafiə etmək lazımdır, bu vəhşiliklər bilinməlidir, onlar kollektiv yaddaşa həkk olunmalıdır”, – hüquqşünas deyib.

Vəkil əmindir ki, HƏMAS öz hərəkətlərini “geniş şəkildə sənədləşdirib və yayımlayıb”, buna görə də “faktlar mübahisə edilə bilməz”.

Televiziya şirkəti qeyd edib ki, hüquqşünas həmçinin “HƏMAS liderləri üçün beynəlxalq həbs orderinin verilməsinin mümkünlüyünü öyrənməyi” tələb edib.

Bizimlə əlaqə saxlayın