Bahar Muradova "əhali kasıb yaşasın" deyib? - Video » Sizinxeber.Az - Azərbaycan Xəbərləri

Bahar Muradova "əhali kasıb yaşasın" deyib? - Video

Bahar Muradova "əhali kasıb yaşasın" deyib? - Video


Bu cür əsassız və heç bir sübutu olmayan yalan informasiyalara inanmaq lazım deyil.
Sizinxeber.Az xəbər verir ki, bu sözləri Bahar Muradovanın köməkçisi Elman Aslanov Modern.az-a açıqlamasında deyib. O bildirib ki, sözügedən məsələ ilə bağlı 2 il bundan öncə bəzi bədxahlar tərəfindən yayılmış informasiyanın şər və böhtana bağlı olduğu, cəmiyyətdə ajiotaj yaratmaq və gözdən salma məqsədi daşıdığı sübuta yetirilib:
“2016-cı ilin dekabr ayında keçirilən büdcə müzakirələri zamanı nəinki Bahar xanım, həmin iclaslarda iştirak edən heç bir dövlət nümayəndəsi bu cür fikir səsləndirməyib. Bunu açıq-aydın iclasların bütöv şəkildə Yutub səhifəsinə yerləşdirdiyimiz videolarında da görə bilərsiniz. Ortadakı şübhələri və qərəzi aradan qaldırmaq üçün məsələyə həssas yanaşan hər kəsi həmin materiallara baxmağa dəvət edirəm”.
Qeyd edək ki, iki gündür sosial şəbəkələrdə Milli Məclisin sədr müavini Bahar Muradovanın guya “Əhali yoxsul yaşamağa öyrəşsin” dediyi barədə yalan məlumat yayılıb.

Baxılıb :420
{r-rp} {r-rm}



Digər Xəbərlər
Gündəm
İdman Xəbərləri
Şou-Biznes
Facebook Səhifəmiz
Sizinxeber.Az © 2015-2018 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir. Created by Sizinxeber.Az