31 
Ekm
2023
17:25

Prokurorluq işçilərinin ştat sayı həddi dəyişdi

31 Ekm, 2023
17:25
2

Prokurorluq işçilərinin ştat sayı həddi dəyişdi

Prezident İlham Əliyev 18 noyabr 2014-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan prokurorluq işçilərinin və prokurorluq orqanlarına işə götürülən digər işçilərin ştat sayı həddi”ndə dəyişiklik edib.

Sizinxəbər.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni sərəncam imzalayıb.

Sərəncama əsasən, maliyyələşdirmə məsələləri dövlət büdcəsində prokurorluq orqanlarının saxlanılması üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçiriləcək.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.


Bizimlə əlaqə saxlayın