27 
Ekm
2023
17:01

Ermənistan XİN: “Alma-Ata Bəyannaməsinin yerinə yetirilməsi Azərbaycanla sülhü mümkün edəcək”

27 Ekm, 2023
17:01
0

Ermənistan XİN: “Alma-Ata Bəyannaməsinin yerinə yetirilməsi Azərbaycanla sülhü mümkün edəcək”

İrəvanla Bakı arasında sülh 1991-ci ildə imzalanmış Alma-Ata Bəyannaməsinin yerinə yetirilməsi şərti ilə baş verə bilər.

Bu şərti Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan macar həmkarı Peter Siyartonun da iştirak etdiyi mətbuat konfransında çıxışı zamanı söyləyib.

Erməni diplomat vurğulayıb ki, uzunmüddətli sülh üçün regiona aid olan bütün dövlətlər təsirli addımlar atmalı, eləcə də maksimalist iddialardan imtina etməli olacaqlar.

“Ermənistan və Azərbaycanın ərazi bütövlükləri birmənalı şəkildə tanınacağı, sərhədlərin delimitasiyasının 1991-ci ilin Alma-Ata bəyannaməsi və SSRİ-nin ən son xəritələri əsasında həyata keçiriləcəyi halda Ermənistan və Azərbaycan arasında sabit sülhə, sülh müqaviləsinin bağlanmasına nail olmaq mümkündür”, - deyə erməni diplomatiyasının rəhbəri bildirib.

Mənbə: RİA Novosti

Bizimlə əlaqə saxlayın