15 
Eyl
2023
15:57

Ermənistanın davamlı hərbi-siyasi təxribatları sülhə əngəl olur - XİN

15 Eyl, 2023
15:57
0

Ermənistanın davamlı hərbi-siyasi təxribatları sülhə əngəl olur - XİN

Təəssüf ki, müharibə və münaqişə bitsə də, bitməyən və bölgədə sülh və sabitliyə əngəl törədən Ermənistanın 30 ilə yaxın işğal dövründə olduğu kimi danışıqların imitasiyası və davamlı hərbi-siyasi təxribatlar ilə məşğul olmasıdır.

Trend xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin ABŞ Senatında dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi v.i.e. Yuri Kimin iştirakı ilə keçirilmiş dinləmələrdə səsləndirilən iddialara dair şərhində deyilir.

"Bu baxımdan, 30 illik münaqişədən sonra yaranmış tarixi fürsətin danılması yerinə, Ermənistanın törətdiyi təxribatların dayandırılmasının, ən əsası isə Azərbaycan ərazilərindən hələ də çıxarılmayan erməni silahlı qüvvələrinin ərazilərimizi dərhal tərk etməsinin tələb olunmasının vacib və ədalətli olduğuna inanır və ABŞ tərəfini bu mövqedən çıxış etməyə çağırırıq", - deyə şərhdə bildirilib.

Bizimlə əlaqə saxlayın