17 
Ekm
2023
00:11

“Mən heç yerə getmirəm, istefa vermirəm” - Zurabişvili

17 Ekm, 2023
00:11
5

“Mən heç yerə getmirəm, istefa vermirəm” - Zurabişvili

Gürcüstan Prezidenti Salome Zurabişvili Konstitusiya Məhkəməsinin impiçmentlə bağlı qərarına baxmayaraq, istefaya getməyəcəyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, dövlət başçısı bununla bağlı televiziya çıxışında danışıb.

“Mən heç yerə getmirəm, istefa vermirəm. Mən olduğum yerdə qalacağam. Ölkəmizin Avropa gələcəyi və demokratiya üçün mübarizə aparacam”,-Zurabişvili deyib.

O, açıqlamasında hökmdən üzüldüyünü və hakimlərin utanmalı olduğunu vurğulayıb. Prezidentin sözlərinə görə, o, deputatların onun istefasının lehinə və ya əleyhinə səs verəcəyi parlament iclasında iştirak etmək niyyətindədir.

Qeyd edək ki, bundan əvvəl respublikanın hakim partiyası olan “Gürcü arzusu” partiyası Zurabişviliyə qarşı impiçment prosesinin başlanması üçün məhkəməyə ərizə təqdim etmək üçün səs toplamağa başlayıb. Bazar ertəsi, oktyabrın 16-da Gürcüstanın Konstitusiya Məhkəməsi onu xaricə səfərləri ilə əlaqədar qanun pozuntusunda tapıb. Bu qərar impiçment proseduruna başlamağa imkan verir.

Bizimlə əlaqə saxlayın