Dövlət Miqrasiya Xidmətinin rəisi “facebook” istifadəçisinin sualını cavablandırdı – Fotolar » Sizinxeber.Az - Azərbaycan Xəbərləri

Dövlət Miqrasiya Xidmətinin rəisi “facebook” istifadəçisinin sualını cavablandırdı – Fotolar

Dövlət Miqrasiya Xidmətinin rəisi “facebook” istifadəçisinin sualını cavablandırdı – Fotolar


Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov “facebook” sosial şəbəkəsində rəhbərlik etdiyi quruma irad bildirən əcnəbinin sualını cavablayıb.
“Bizim Yol” xəbər verir ki, iki gün öncə sosial şəbəkə istifadəçisi Günel Aşirova Azərbaycan Respublikasında daimi yaşamaq icazəsi kartını yeniləmək istərkən problemlə üzləşdiyini bildirib.
O, DMX-nin rəsmi saytında olan boşluqları və səhvlərinin olduğundan şikayətlənib, növbə probleminin və rəhbərliyin qəbuluna düşməyin müşkül məsələ olmasını tənqid edib.
Xidmətin rəhbəri Vusal Huseynov isə elə statusun altında Günel Aşirovanın sualını cavablandırıb: “Qeydləriniz üçün Təşəkkürlər! Vətəndaş qəbulu ilə bağlı 2 dəfə qəbul keçirmişəm, 28 aprel və 29 may tarixlərdə, birincidə 73, ikincidə 92 vətəndaş qəbul etmişik. 4 may tarixdə qəbul olmayıb. Qeyd etdiyiniz digər məqamlarla bağlı bu gün sizinlə əlaqə saxlayacaqlar”.
Ramid İbrahimov

Baxılıb :990
{r-rp} {r-rm}



Digər Xəbərlər
Gündəm
İdman Xəbərləri
Şou-Biznes
Facebook Səhifəmiz
Sizinxeber.Az © 2015-2018 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir. Created by Sizinxeber.Az