02 
Ekm
2023
16:03

“Bütün matəm günlərimiz təqvimdən çıxarılmalıdır” – Fazil Mustafadan TƏKLİF

02 Ekm, 2023
16:03
14

“Bütün matəm günlərimiz təqvimdən çıxarılmalıdır” – Fazil Mustafadan TƏKLİF

“Biz qalib dövlət kimi Ermənistana kömək etməliyik”.

Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Fazil Mustafa Milli Məclisin payız sessiyasının ilk iclasında deyib.

“ABŞ, Kanada, İran kimi Ermənistanı müdafiə edən ölkələrə müraciət edib, deməliyik ki, “biz Qarabağ ermənilərinə vətəndaşlıq, birgə yaşayış təklif etdik, lakin onlar razılaşmadılar. Siz, onlara öz ərazilərində yaşamaq imkanı verin””, - deputat əlavə edib.

Fazil Mustafa maraqlı təkliflə də çıxış edib:

“Düşünürəm ki, bütün matəm günləri təqvimdən çıxarılmalıdır. Çünki qalib dövlətlərin matəm günləri olmur”.



Bizimlə əlaqə saxlayın