İcra başçısı Petek Dinçözə torpaq bağışlayıb? - AÇIQLAMA

İcra başçısı Petek Dinçözə torpaq bağışlayıb? - AÇIQLAMA


Ötən həftə Şəkiyə konsert verməyə gələn türkiyəli müğənni Petek Dinçözə Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov torpaq sahəsi hədiyyə edib.
Sizinxeber.Az xəbər verir ki, bu barədə sənətçi “ATV maqazin onlarla” proqramına açıqlama verən müğənni icra başçısının ona söz verdiyini deyib.
Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovun köməkçisi Yusif Məmmədov yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib:
“Həmin videonu görmüşük. Lakin bu məlumatlar yalandır və həqiqəti əks etdirmir. Xəbər təkzib olunub. Torpağın mülkiyyətçisi bələdiyyədir. İcra hakimiyyəti olaraq bələdiyyənin yerinə hər hansısa söz deyə bilmərik. Bu səbəbdən də icra başçısı bu mülki kiməsə bağışlaya bilməz. Həmçinin xarici vətəndaşlara torpaq satışı qanunla qadağandır.”

Baxılıb :1 740
{r-rp} {r-rm}



Digər Xəbərlər
Gündəm
İdman Xəbərləri
Şou-Biznes
Facebook Səhifəmiz
Sizinxeber.Az © 2015-2018 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir. Created by Sizinxeber.Az