İTV-nin yeni baş direktoru kimdi?

İTV-nin yeni baş direktoru kimdi?


Bu gün İTV Yayım Şurasının keçirilən iclasında telekanalın baş direktoru Cəmil Quliyevin səlahiyyətlərinə xitam verilib. Bu barədə İctimai Televiziya və Radio Yayımları şirkətinin Yayım Şurasının məlumatında deyilir.
Balakişi Qasımov İTV-nin yeni baş direktoru seçilib.
Balakişi Qasımov 20 oktyabr 1978-ci ildə anadan olub. Beynəlxalq “Kim? Harda? Nə vaxt?” elitar oyunlar klubunun Azərbaycanda aparıcısı və baş prodüsseridir, Gametv.az prodüser mərkəzinin rəhbəridir.
Azərbaycan Dövlət İqtisad Universitetini maliyyə ixtisası üzrə bitirib.
2004-cü ildən klub oyunlarının iştirakçısıdır. 2004-cü ildə “Kim? Harda? Nə vaxt?” oyununun idman variantı üzrə dünya çempionu olub.
Balakişi Ələkbər oğlu Qasımov 20 oktyabr 1978-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə ixtisası üzrə bakalavr dərəcəsini alıb. Eyni universitetin maliyyə ixtisası üzrə magistraturasını bitirib.
Onun əmək fəaliyyətinin əksər dövrü media-televiziya sahəsi ilə bağlı olub. İTV-nin baş direktoru seçilənə qədər Gametv.az prodüser mərkəzinin rəhbəri vəzifəsində çalışıb. O, eyni zamanda, Azərbaycan Televiziyasında yayımlanan beynəlxalq lisenziyalı “Əlaçı” (“Brainist”), “61!” (“Jeopardy!”), “Breyn-rinq”, “Kim? Harda? Nə vaxt?” verilişlərinin baş prodüseri və rejissoru olub.
Beynəlxalq “Kim? Harda? Nə vaxt?” klubları assosasiyası təfərindən 2010-cu ildə ilin adamı seçilib.
2010-cu ilin yekunlarına əsasən, “Büllur bayquş”, “Brilyant bayquş”, “Klubun ən yaxşı kapitanı” poqonu mükafatlarına layiq görülüb.
Ailəlidir, 2 övladı var.

Baxılıb :330
{r-rp} {r-rm}



Digər Xəbərlər
Gündəm
İdman Xəbərləri
Şou-Biznes
Facebook Səhifəmiz
Sizinxeber.Az © 2015-2018 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir. Created by Sizinxeber.Az