Goranboyda işıqçını döydülər

Goranboyda işıqçını döydülər


Goranboy Elektrik Şəbəkəsinin işçisi iş başında döyülüb.

“Bizimyol.info”un APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Səfikürd kəndində baş verib.
Sözügedən kənddə vəzifə borcunu yerinə yetirən rayonun Tatarlı kənd sakini, 1984-cü il təvəllüdü Məmmədov Zaur Məmməd oğlu Səfikürd kənd sakini, 1962-ci il təvəllüdlü Paşayev Vaqif İsrafil oğlu tərəfindən döyülüb. Müxtəlif bədən xəsarətləri alan Z. Məmmədov xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
V. Paşayev artıq polis tərəfindən saxlanılıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Baxılıb :375
{r-rp} {r-rm}



Digər Xəbərlər
Gündəm
İdman Xəbərləri
Şou-Biznes
Facebook Səhifəmiz
Sizinxeber.Az © 2015-2018 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir. Created by Sizinxeber.Az