“Heç biriniz diqqətdən kənarda qalmayacaqsınız” — Fuad Muradovdan soydaşlarımıza MÜRACİƏT

“Heç biriniz diqqətdən kənarda qalmayacaqsınız” — Fuad Muradovdan soydaşlarımıza MÜRACİƏT


Diasporla İş üzrə Dövlət Komitəsinə yeni sədr təyin olunan Fuad Muradov təyinatı ilə bağlı öz fikirlərini bölüşüb.
"Sizinxeber.Az" xəbər verir ki, o, bu haqda Fuad Muradov özünün “Facebook” hesabında paylaşım edib:
“Əziz dostlar və xaricdə yaşayan həmvətənlərimiz. Bu yüksək etimada görə cənab prezidentə dərin təşəkkürümü bildirirəm. Mənə ünvanladığınız çoxsaylı təbrik məktubları, mesajları və zənglərə görə hər birinizə minnətdaram.
Dünyanın hər bir tərəfindən aldığım təbriklərin sayı, sözün yaxşı mənasında, məni təəccübləndirdi. Mən əminəm ki, sizin hər birinizinin ürəyi doğma vətənə sevgi ilə döyünür.
Xaricdə yaşayan həmvətənlərimizlə birlikdə dövlətimizin inkişafı, milli maraqlarımızın müdafiəsi və soydaşlarımızın dəstəklənməsi istiqamətində səmərəli əməkdaşlığa və əməli nəticələrin əldə olunacağına inanıram.
Əmin olun ki, sizin heç biriniz diqqətdən kənarda qalmayacaqsınız. Bir daha hər birinizə təşəkkür edirəm”.

Baxılıb :270
{r-rp} {r-rm}



Digər Xəbərlər
Gündəm
İdman Xəbərləri
Şou-Biznes
Facebook Səhifəmiz
Sizinxeber.Az © 2015-2018 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir. Created by Sizinxeber.Az