31 
Ock
2024
15:10

Niderland, Almaniya və Polşa hərbi dəhliz yaradılmasına dair razılıq əldə edib

31 Ock, 2024
15:10
0

Niderland, Almaniya və Polşa hərbi dəhliz yaradılmasına dair razılıq əldə edib

Niderland, Almaniya və Polşa qoşunların və hərbi texnikanın hərəkəti üçün dəhlizin yaradılmasına dair bəyannamə imzalayıb.

“Report” xəbər verir ki, bu barədə Niderlandın müdafiə naziri Kaysa Ollonqren “X” sosial şəbəkəsində məlumat verib.

“Hərbi heyətin və texnikanın daha sürətli və səmərəli hərəkət etməsi üçün bizə “hərbi Şengen” lazımdır. Bu, Avropanı daha güclü edəcək. Biz mühüm addım atdıq: Polşa, Almaniya və Niderland hərbi dəhlizin yaradılması haqqında bəyannamə imzaladılar”, - o qeyd edib.

Bizimlə əlaqə saxlayın