24 
Eyl
2023
01:28

Yaşar Güler: "Azərbaycanın ərazi bütövlüyü üçün atdığı addımları böyük məmnunluqla izləyirik"

24 Eyl, 2023
01:28
6

Yaşar Güler: "Azərbaycanın ərazi bütövlüyü üçün atdığı addımları böyük məmnunluqla izləyirik"

“Azərbaycanın ərazi bütövlüyünü qorumaq üçün atdığı haqlı addımları böyük məmnunluqla izləyirik, onu dəstəkləməyə davam edəcəyik”.

Bu fikirləri Türkiyənin milli müdafiə naziri Yaşar Güler deyib.

O ​​vurğulayıb ki, Türkiyə ordusu sərhəd təhlükəsizliyinin təmin edilməsindən terrorla mübarizəyə, mavi və cənnət vətənin hüquq və mənafelərinin qorunmasından beynəlxalq sülhün təşviqinə kimi üzərinə düşən bütün vəzifələri uğurla yerinə yetirib:
“Əziz qardaşımız Azərbaycanı “iki dövlət, bir millət” anlayışı ilə dəstəkləməyə davam edirik. Eyni zamanda Liviya, Kosovo, Bosniya və Herseqovina, Qətər və Somali kimi qardaş və dost ölkələrin haqlı davalarını dəstəkləyirik və bir çox bölgələrdə regional və dünya sülhünə töhfə verməyə davam edəcəyik”.//Report.az

Bizimlə əlaqə saxlayın