23 
Eyl
2023
10:43

Naxçıvan DİN-dən uşaq oğurluğu ilə bağlı məlumata reaksiya

23 Eyl, 2023
10:43
0

Naxçıvan DİN-dən uşaq oğurluğu ilə bağlı məlumata reaksiya

Naxçıvan Daxili İşlər Nazirliyi muxtar respublikada uşaq oğurluğu hallarının olması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatları təkzib edib.

Axar.az Report-a istinadən xəbər verir ki, bununla bağlı məlumatlar həqiqəti əks etdirmədiyi bildirilib.

"Naxçıvan Muxtar Respublikasında uşaq oğrularının dolaşması barədə Vatsap hesabları vasitəsilə insanlara göndərilən xəbərlər tamamilə dezinformasiyadır", - nazirlikdən qeyd olunub.

Xatırladaq ki, Vatsap proqramı vasitəsilə sakinlərə Naxçıvanda uşaq oğrularının olduğu barədə mesajlar göndərilib. İddiaya görə, naməlum şəxslər Qaraxanbəyli məktəbinin qarşısında 5-ci sinif şagirdini oğurlamağa cəhd ediblər. Həmin mesajlarda bir qadının evləri dolaşaraq uşaqların sayını dəqiqləşdirdiyi bildirilir.


Bizimlə əlaqə saxlayın