Bakıda Beynəlxalq Elm Festivalı keçiriləcək

Bakıda Beynəlxalq Elm Festivalı keçiriləcək


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təşkilatçılığı ilə Bakıda III Beynəlxalq Elm Festivalı keçiriləcək.
"Sizinxeber.Az" xəbər verir ki, AMEA Rəyasət Heyətinin martın 14-də keçirilmiş iclasında akademiyanın yeni elmi texnologiya və innovasiyaların təqdim olunması, elmi bilik və yeniliklərin populyarlaşdırılması, gənc nəsildə elmə marağın formalaşdırılması ilə bağlı həyata keçirdiyi tədbirlərdən danışılıb. Bu islahatların mühüm istiqamətlərindən birini 2014-cü və 2016-cı illərdə paytaxt və regionlarda keçirilən elm festivallarının təşkil etdiyi vurğulanıb.
İclasda vətəndaşlar tərəfindən yüksək maraqla qarşılanan belə tədbirlərin miqyasını genişləndirmək məqsədilə oktyabrın 9-dan 30-dək növbəti Beynəlxalq Elm Festivalının keçirilməsi qərara alınıb.

Baxılıb :1 140
{r-rp} {r-rm}



Digər Xəbərlər
Gündəm
İdman Xəbərləri
Şou-Biznes
Facebook Səhifəmiz
Sizinxeber.Az © 2015-2018 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir. Created by Sizinxeber.Az