Azərbaycan fərqli və möhtəşəm ölkədir — Küveytin “Əl-Cəridə” qəzeti

Azərbaycan fərqli və möhtəşəm ölkədir — Küveytin “Əl-Cəridə” qəzeti


Küveytin geniş oxucu auditoriyasına malik gündəlik “Əl-Cəridə” qəzetinin 10 mart tarixli nömrəsində Küveyt Universitetinin tələbəsi, 2017-ci ildə “Mən Azərbaycan haqqında nə bilirəm” inşa yazı müsabiqəsinin qalibi Omar Əl-Həbibin “Azərbaycan.... Avropanın inkişafı və Asiyanın dirçəlişi” sərlövhəli məqaləsi dərc edilib.
"Sizinxeber.Az" xəbər verir ki, bu barədə Azərtac-a Azərbaycanın Küveytdəki səfirliyindən məlumat verilib.
Müəllif yazır ki, o, Azərbaycana getməzdən əvvəl Gürcüstan, Qırğızıstan, Bosniya və Herseqovina kimi oxşar iqlimi olan ölkələrə səyahət edib. Lakin Azərbaycanın gözəlliyinə və bu ölkənin memarlığına bənzər bir ölkə görə bilməyib. 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə xeyli inkişaf edib.
“Ötən ilin sentyabr ayında Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Küveyt Dövlətindəki səfirliyinin dəvəti ilə Küveyt Universitetinin nümayəndə heyətinin tərkibində Bakı şəhərində səfərdə oldum. Biz yüksək səviyyədə qarşılandıq və gözəl qonaqpərvərliyin şahidi olduq. Səfərimizin ertəsi günü biz Heydər Əliyevin məzarını, sonra isə Şəhidlər xiyabanını ziyarət etdik. Sonra Heydər Əliyev Mərkəzində olduq. Burada Azərbaycan tarixinin bütün dövrlərini, inkişafını, həmçinin mədəniyyətinin müxtəlif sahələrini özündə əks etdirən eksponatlar, habelə çoxlu sayda əntiq əşyalar və Ümummilli Liderin klassik avtomobilləri ilə tanış olduq”, - deyə müəllif qeyd edir.
Omar Əl-Həbib səfər zamanı Azərbaycan Xalça Muzeyini də ziyarət etdiklərini, bu ölkənin tarixən özünün gözəl həndəsi ornamentlərlə bəzədilmiş xalçaları ilə məşhur olduğunu bildirir. O yazır: “Sonra Bakıdan iki saat yarım aralıda yerləşən qədim tarixə malik İsmayıllı rayonuna və yüksək dağlıq ərazidə yerləşən qədim Lahıc kəndinə səfər etdik. Bu kənd çox gözəldir, sakinləri çox mehriban və sadədirlər. Kənddə qədim tarixə malik binaların şahidi olduq. Daha sonra isə yaşıl dağların ətəyində yerləşən, gündüz mülayim, gecə isə sərin iqlimə malik Qəbələ şəhərinə səfər etdik”.
Məqalədə daha sonra qeyd edilir ki, Azərbaycan fərqli və möhtəşəm ölkədir. Müstəqilliyini 27 il əvvəl bərpa etməsinə baxmayaraq, qısa müddət ərzində inkişaf etmiş ölkələrdən birinə çevrilib. Ölkədə sabitlik və milli birliyə nail olunub. Azərbaycan ildən-ilə daha da inkişaf edir.

Baxılıb :1 695
{r-rp} {r-rm}



Digər Xəbərlər
Gündəm
İdman Xəbərləri
Şou-Biznes
Facebook Səhifəmiz
Sizinxeber.Az © 2015-2018 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir. Created by Sizinxeber.Az