AzTV sədrinə qarşı sensasiyalı ittihamlar

AzTV sədrinə qarşı sensasiyalı ittihamlar


Arif Alışanova sui-qəsd ittihamı ilə həbs edilən şəxs elə sözlər dedi ki…
Şücayət Əkbərov: “”Mənim bildiyim qədər Arifin 70 milyonluq əmlakı var”
Bakı Ağır Cinayətlər Məhkəməsində AzTV QSC-nin sədri Arif Alışanov və yaxınlarını öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
“Alışanov məhkəməyə gəlməlidir”
Bizimyol.info xəbər verir ki, hakim Əfqan Hacıyev sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Şücayət Əkbərovun vəkili zərərçəkmiş Arif Alışanovun özünün məhkəmə prosesində iştirakının təmin edilməsi ilə bağlı vəsatət qaldırıb və onun işitakı təmin edilənədək prosesin təxirə salınmasını istəyib. O bildirib ki, işin tam obyektiv və hərtərəfli araşdırılması üçün Alışanovun özünü iştirakı vacibdir: “Müdafiə etdiyim şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilmir. İstintaq zamanı da A.Alışanovla Şücaət Əkbərovun üzləşdirilməsi ilə bağlı vəsaət versək də, təmin etmədilər. Belə əsaslandırdılar ki, təqsirləndirilənin məhkəmədə zərərçəkmişi dindirmək imkanı olacaq. Ona görə də, məhkəmə istintaqında A.lışanovun iştirkını vacib hesab edirik”. Zərərçəkmiş A.Alışanovun vəkili vəsaətin təmin edilməməsini istəyib. O bildirib ki, prosessual qanunvericiliyə əsasən, vəkili zərərçəkmişin əvəzindən həm ifadə vermək, həm də sualları cavablandırmaq səlahiyytinə malikdi. “Məhkəmə prosesi zamanı hansısa suala cavab verməyi mümkün olmazsa, o halda Arif Alışanovun özünü iştirakı t’min edilə bilər. Hazırkı mərhələdə isə buna ehtiyac görmürəm” – vəkil bildirib. Məhkəmə vəsatəti təmin etməyib. Ş.Əkbərov məhkəmə tərkibinə eiaz verdiyini bildirsə də, hakim deyib ki, məhkəməyə belə bir eiraz daxil olmayıb və daxil olduqdan sonra müzakirə edilə bilər.
5 milyonluq mülki iddia
Daha sonra hakim bildirib ki, A. Alışanovun məhkəməyə mülki iddiası daxil olub. Alışanov mülki iddiada dəymiş ziyanın ödənilməsi ilə bağlı Şücayət Əkbərovdan 4 milyon 582 min 100 manat tutulmasını və bunun üçün, Ş.Əkbərovun əmlakına həbs qoyulmasını istəyib. Mülki iddia icraata qəbul edilib. Ş.Əkbərovun vəkili müdafiə etdiyi şəxsin barəsində tibbi ekspertiza keçirilməsi barədə vəsaət verib. O bildirib ki, müdafiə etdiyi şəxs iki dəfə açıq ürək əməliyyatı keçirib və şəkər xəstəsidir. “Eksperiza onun səhhətinin qapalı şəraitdə saxlanılmasına imkan verib-verməməsi məsələsinə qiymət versin” – deyə vəkil bildirib.
“İşin bir tərəfi Eldar Mahmudova gedib çıxır”
Arif Alışanovun vəkili bu vəsatətə də etiraz edib. O bildirib ki, müdafiə tərəfinin vəsatətləri prosesi uzatmaq məqsədi daşıyır. Ş.Əkbərov isə bildirib ki, o prosesin uzanmasında deyil, əksinə, hərtərəfli araşdırılmasında maraqlıdır: “Bu işdə çox cinayətlər açılmalıdır. İşin bir tərəfi Eldar Mahmudova gedib çıxır”.
İttiham: 5 milyonluq dələduzluq və sui-qəsd cəhdləri
Daha sonra prokuror ittiham aktını elan edib. İttihama əsasən, Ş. Əkbərov Şamaxı və Kürdəmirdə orpaq sahələri almaq adı ilə A.Alışanovun təxminən 5 milyon manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirib. Bundan başqa, AzTV sədrinin həyatına bir neçə dəfə sui-qəsd cəhdi ediblər. Onun avtomobilini Ağsu aşırımında vurub dərəyə aşırmaq, bu baş tutmadıqda Alışanovu gülləmək planları olub. Ş.Əkbərov 2013-cü ilin iyulundan 2017-ci ilin yanvarına qədər bu plan üzərində işləyib. O, tanışları Musabi Namazov, Qoçalı Cəbiyevə bu haqda danışıb, Qoçalının vasitəsilə Zöhrab Şirinovu tapıb, onunla razılığa gəlib. Q.Cəbiyevlə M.Namazova söz verilib ki, onlar bu işin əvəzində 600 min manat pul qazanacaqlar. Arif Alışanov ailə üzvləri ilə birlikdə Şamaxının Mədrəsə qəsəbəsindəki evinə gedəndə onu, qızı Nigarı və sürücüsünü öldürmək planlaşdırılıb. İş materiallarında yazılıb ki, sonradan M.Namazov bu cinayətdən könüllü olaraq imtina edib. Ona görə də bu işi başqa bir adama həvalə etmək qərarına gəliblər. Q.Cəbiyev tanışı Z.Şirinovu tapıb, ona bu işin müqabilində 100 min manat vəd olunub. Bu dəfə plan hazırlanıb ki, A.Alışanov bacısı oğlu Dəyanət Cəfərovla birlikdə maşınla Çuxuryurd- Şamaxı şosesində olanda onları yüksək sürətlə vurub dərəyə salsınlar. Avtomobilin markası, nömrəsi haqda da məlumat verilib. Amma Alışanov gözlənilmədən öz avtomaşınında yox, başqa bir avtomobildə gedib. Növbəti dəfə isə Q.Cəbiyev əvvəlcədən ona nişan verilmiş «Toyota Land Cruiser» markalı avtomaşını özünün idarə etdiyi «Niva» ilə bir neçə dəfə arxa və yan hissəsindən vurub yüksəklikdən dərəyə salmağa çalışsa da, buna nail ola bilməyib və sonda idarəetməni itirib. Plan baş tutmasa da, Ş.Əkbərov vəd etdiyi 100 min manatın bir hissəsini Z.Şirinova verib. İttihamda yazılıb ki, 2017-ci ilin yanvarın 11-də növbəti dəfə A.Alışanovu Şamaxı rayonunda odlu silahla öldürmək qərarına gəliblər, amma yenə plan baş tutmayıb.
“Torpaqları kürəkəninin adından çıxarıb arvadının adına sənədləşdiridilər”
Təqsirləndirilən şəxslə elan olunmuş ittiham üzrı özlərini təqsirli bilməyiblər. Prosesdə ifadə verən Ş.Əkbərov bildirib ki, 2007-ci ildən başlayaraq A.Alışanov Şamaxıda 120 hektar torpq sahəsi alıb. “Həmin torpaqları mən tapırdım, Alışanovun özü gəlib baxırdı, sonra isə kürəkəni Fəridin adına rəsmiləşdirilirdi. Alışanov istəmirdi ki, torpağı onun aldığı bilinsin. Mən bu işdə “makler” kimi pulumu qazanmışam. 2011-ci ilə qədər belə davam edi. 2011-ci ildə isə dedilər ki, Fəridin adına olan bütün torpaqları onun adından çıxarmaq lazımdır. Fərid polisin nəzarəti altında gətirildi, onda bildim ki, Alışanovun qızından boşanır. Məlum oldu ki, Fəridlə qızı boşandığı üçün belə edirlər. Sonradan Fəridlə notariusda alqı-satqı etdilər və torpaqları onun adından öz arvadı Mehribanın adına keçirdilər”. Təqsirləndirilən qeyd edib ki, o təkcə A.Alışanova deyil, digər şəxslərə də “maklerlik” edib.
“Şamaxıda keçmiş nazir Fərhad Əliyevin də torpaqları vardı. Çox adamın var, hamısını əzbər bilirəm”.
AzTV sədrinə qarşı cinayət itihamı Ş.Əkbərov çıxışında Arif Alışanovu ağır cinayətdə də ittiham edib. “Arif Alışanov istintaqda yazıb ki, guya ora qızı ilə gəlib. Amma qızı Nigarla cəmi bir dəfə gəlib. Ora həmişə başqa-başqa qızlarla gəlirdi. Hətta o qızlardan birinin başını da orada “əkmişdi”. Həmin qız əvvəl onun kürəkəni Fəridlə də gəzirdi. Sonra onu gətirib dağdan atdılar. Adını bilmirəm, amma 2016-cı ildə itkin düşən qızların şəkillərini göstərsəniz tanıyaram. Mənim bundan xəbərim olduğu üçün də içəri basdırıblar”.
S. Əkbərov Arif Alışanova qarşı sui-qəsd ittihamalrını da qəbul etməyib. “Mən niyə onu öldürümək istəyim ki? Onun hesabına pul qazanırdım. Adımda torpağı da yoxdur, ki, deyələr ələ keçirmək üçün etmişəm. Onun torpaqlarının 80 faizi sürücüsü Hacının adınadır. Bütün bu işləri də o mənim başıma açıb. Mənim bildiyim qədər Arifin 70 milyon əmlakı var. Tutulan nazirlər kimi bir gün onun da əmlakları üzə çıxacaq. Onda siz də hər şeyi biləcəksiz. Onu öldürmək istəyənlər elə adına əmlak aldığı şəxslərdir”. Daha sonra təqsirləndirilən Ş.Əkbərov prokurorun suallarını cavablandırıb.
Məhkəmə prosesi zamanı Ş.Əkbərovun yaxınları ilə zərərçəkən tərəf arasında dəflələrlə mübahisə düşüb. Buna görə də, hakim Ş.Əkbərovun qızının məhkəmə salonundan çıxarılmasına qərar verib. Prosesin sonunda da tərəflər arasında insident yaşanıb.
Proses martın 14-də davam edəcək.

Baxılıb :1 245
{r-rp} {r-rm}



Digər Xəbərlər
Gündəm
İdman Xəbərləri
Şou-Biznes
Facebook Səhifəmiz
Sizinxeber.Az © 2015-2018 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir. Created by Sizinxeber.Az