Mirşahinin "Real" komandasında kimlər var? — SİYAHI

Mirşahinin "Real" komandasında kimlər var? — SİYAHI


Mirşahin Ağayev artıq "Real TV" üçün komandasını formalaşdırıb. Bura əsasən keçmiş ANS-çilərin toplandığı bildirilir.
Bu barədə “Sizinxeber.Az”a "Real Tv"nin əməkdaşlarından biri məlumat verib. O, bildirib ki, Mirşahin Ağayev yeni televiziyada  bu əməkdaşlarla çalışacaq: Səbinə Ağayeva, Ləman Ələşrəfqızı, Afət Telmanqızı, Natiq Nailəoğlu, Vüsalə Xanməmmədqızı, Mahir Məmmədli,  Lalə Nurəddinqızı, Orxan Məmmədli, Ziya Səccad,  Azər Qarayev, Xatirə Məmmədova, Mehman Rəsulov və Ayşəm Rüstəmova.
Ehtimal edilir ki, televiziya fəaliyyətə başlayanda digər keçmiş ANS-çilərə də dəvət göndəriləcək. Onların arasında Rahib Qərib, Nigar Mahmudova, Natəvan Babayeva, Umka Hacıyeva və digərləri ola bilər.
Tezliklə baş redaktor və redaktor vəzifəsinə təyinatlar olacaq. Verilən xəbərə görə, yeni layihə məhz Mir Şahin Ağayevə məxsusdur, Vahid Mustafayev bu layihədə yer almayacaq.
Bu yaxınlarda yayıma çıxacaq televiziyanın  son hazırlıq işləri görülür. Qeyd olunur ki,"Real Tv" Əhməd Rəcəbli küçəsindəki beş mərtəbəli binada yerləşir.
Mənbənin bildirdiyinə görə, artıq texniki avadanlıqlar alınıb, kameraların bir hissəsi ofisə gətirilib, digərləri də gətiriləcək. ANS-ə məxsus köhnə avadanlıqları götürmək isə mümkün olmayıb.Çünki ANS prokurorluq tərəfindən möhürlənib.

Baxılıb :1 185
{r-rp} {r-rm}



Digər Xəbərlər
Gündəm
İdman Xəbərləri
Şou-Biznes
Facebook Səhifəmiz
Sizinxeber.Az © 2015-2018 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir. Created by Sizinxeber.Az