20 
Eyl
2023
16:32

Qarabağın hər küncündə Azərbaycan bayrağı dalğalanacaq - Türkiyənin vitse-prezidenti

20 Eyl, 2023
16:32
3

Qarabağın hər küncündə Azərbaycan bayrağı dalğalanacaq - Türkiyənin vitse-prezidenti

Qarabağın hər küncündə Azərbaycan bayrağı dalğalanacaq.

Trend xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz İzmirdə keçirilən “İş dünyası ilə məsləhətləşmə” toplantısında çıxışı zamanı deyib.

O qeyd edib ki, rəsmi Ankara Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə atdığı addımları dəstəkləyir.

"Qarabağ Azərbaycan torpağıdır və Türkiyə Azərbaycanın addımlarını dəstəkləyir. Qarabağda “boz zona” yaratmaq istəyənlər boş yerə çalışırlar: “Prezident Rəvəb Tayyib Ərdoğan BMT kürsüsündə Qarabağın Azərbaycan torpağı olduğunu bir daha konkret formada diqqətə çatdırdı. Eşq olsun Azərbaycan Ordusuna! Cənubi Qafqazda sabitliyin təmin olunması hər kəsin xeyrinədir. Bu regiondakı sabitlik hər birimizin xeyrinədir. Xaos isə yalnız digər aktorlara sərf edir”, - deyə C.Yılmaz əlavə edib.

Qeyd edək ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə 19-20 sentyabr tarixlərində bölgədə lokal xarakterli antiterror tədbirləri həyata keçirilib.

Tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də, döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır. Mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılıb.

Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da aşağıdakı şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub.

Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.

Bizimlə əlaqə saxlayın