Bu gün 36 mindən çox 9-ci sinif şagirdi buraxılış imtahanı verir

Bu gün 36 mindən çox 9-ci sinif şagirdi buraxılış imtahanı verir


Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) Bakıda, Naxçıvan Muxtar Respublikasında və Şirvan şəhərində 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini keçirir.
DİM-dən "Sizinxeber.Az"a verilən məlumata görə, bu gün ümumilikdə 36846 şagirdin imtahan verəcəyi nəzərdə tutulur.
İmtahanda 36846 nəfər (Yasamal rayonunda 3082, Binəqədi rayonunda 4062, Səbail rayonunda 1597, Xətai rayonunda 3581, Xəzər rayonunda 2902, Nərimanov rayonunda 2212, Suraxanı rayonunda 2991, Sabunçu rayonunda 4784, Nəsimi rayonunda 2287, Qaradağ rayonunda 2100, Nizami rayonunda 2504, Pirallahı rayonunda 367, Naxçıvan Muxtar Respublikasında 3499, Şirvan şəhərində 878) 9-cu sinif şagirdinin iştirakı nəzərdə tutulur.
Buraxılış imtahanlarının birinci mərhələsinin keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 80 imtahan mərkəzi ayrılıb.

Baxılıb :1 140
{r-rp} {r-rm}



Digər Xəbərlər
Gündəm
İdman Xəbərləri
Şou-Biznes
Facebook Səhifəmiz
Sizinxeber.Az © 2015-2018 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir. Created by Sizinxeber.Az