DTX-nin Velosiped idman klubunun rəhbər orqanlarının tərkibi formalaşdırılıb

DTX-nin Velosiped idman klubunun rəhbər orqanlarının tərkibi formalaşdırılıb


Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının nəzdində yaradılmış Velosiped idman klubunun (VİK) fəaliyyətinin təşkili və klubun idarəetmə orqanlarının formalaşdırılması məqsədilə Akademiyanın idmançı əməkdaşlarının, idman ictimaiyyətinin və fəallarının konfransı keçirilib.
DTX-nin ictimai əlaqələr şöbəsindən "Sizinxeber.Az"a bildiriblər ki, konfransda vergilər nazirinin müavini, Azərbaycan Velosiped İdmanı Federasiyasının (AVİF) birinci vitse-prezidenti Sahib Ələkbərov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, velosiped idman növü üzrə veteran Əli Xəlfəyev, AVİF-in üzvləri, DTX-nin rəhbər əməkdaşları və digər qonaqlar iştirak ediblər.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Konfransda ölkəmizdə velosiped idman növünün inkişaf tarixi və keçdiyi yola nəzər salınıb, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində DTX-nin təlim-tədris və maddi-texniki bazasının möhkəmləndirilməsi, şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi və iş şəraitinin yaxşılaşdırılması ilə yanaşı, əməkdaşların əməliyyat-döyüş və fiziki hazırlığının yüksəldilməsinə də xüsusi diqqət yetirildiyi qeyd olunub. Həmçinin DTX-də şəxsi heyətin idmanla məşğul olması və fiziki sağlamlığının möhkəmləndirilməsi üçün hər cür şəraitin yaradıldığı diqqətə çatdırılıb.
Bildirilib ki, Velosiped idman klubu DTX əməkdaşlarının təşəbbüsü və bu idman növünə olan maraq nəzərə alınaraq, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinin əmri ilə təsis edilib. Ötən il dekabrın 24-də isə VİK-in əsasnaməsi təsdiq edilib, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsində idman təşkilatı kimi qeydiyyata alınıb.
Səs hüquqlu nümayəndələrin əksəriyyətinin iştirak etdiyi konfransda gizli səsvermə yolu ilə VİK-in idarə heyətinin və təftiş komissiyasının üzvləri seçiliblər.
İdarə heyətinin ilk iclasında dəfələrlə velosiped idmanı üzrə respublika çempionu olmuş, idman ustası Vüqar Salahov səs çoxluğu ilə VİK-in idarə heyətinin sədri seçilib. Həmçinin klubun emblemi, döş nişanı, üzvlük vəsiqəsi, eləcə də təltifləri haqqında əsasnamələr və təsvirləri açıq səsvermə yolu ilə təsdiqlənib.
Əli Xəlfəyev, Sahib Ələkbərov, İsmayıl İsmayılov, Raqif Abbasov çıxışlarında konfransın işinin yüksək səviyyədə təşkil olunduğunu qeyd ediblər.
Natiqlər əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə gündən-günə qüdrətlənən müasir Azərbaycanda idmanın inkişafına göstərilən hərtərəfli diqqət və qayğı sayəsində ölkəmizin qazandığı idman şöhrətindən danışıblar. Qeyd olunub ki, Azərbaycanın yüksək idman nailiyyətlərinin əldə edilməsində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın əvəzsiz xidmətləri var. Bu misilsiz zəhmət qədirbilən xalqımız tərəfindən hədsiz coşqu və böyük rəğbətlə qarşılanır.
Çıxış edənlər Azərbaycanın daim öz idmançılarının uğurları ilə fəxr etdiyini, bütün qələbələrin təməlində ilk öncə Vətən sevgisinin, vətəndaş-dövlət birliyinin, xalq-iqtidar həmrəyliyinin durduğunu və bunun idman zəfərlərinə aparan başlıca amil olduğunu vurğulayıblar. Qeyd olunub ki, hər sahədə uğurlara doğru cəsarətlə və qətiyyətlə addımlayan müstəqil Azərbaycanın bütün idmançıları, o cümlədən DTX-nin əməkdaşları olan idmançılar, habelə VİK-in üzvləri bundan sonra da yüksək nəticələr əldə edərək, ölkəmizin idman nüfuzunun yüksəldilməsinə layiqli töhfələr verəcəklər.

Baxılıb :645
{r-rp} {r-rm}



Digər Xəbərlər
Gündəm
İdman Xəbərləri
Şou-Biznes
Facebook Səhifəmiz
Sizinxeber.Az © 2015-2018 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir. Created by Sizinxeber.Az