“200-ə yaxın KİV-in bizə borcu var” — "Azərbaycan" nəşriyyatının rəhbəri

“200-ə yaxın KİV-in bizə borcu var” — "Azərbaycan" nəşriyyatının rəhbəri


“200-ə yaxın Kütləvi İnformasiya Vasitələrinin (KİV) “Azərbaycan” nəşriyyatına borcu var”.
Bunu “Sizinxeber.Az”a açıqlamasında “Azərbaycan” Nəşriyyatının Baş direktoru Ağabəy Əsgərov bildirib. 
Ağabəy Əsgərov deyib ki, hazırda “Azərbaycan” nəşriyyatının binasında 200-dən çox KİV-in redaksiyası yerləşir:
“Bu KİV-lərin arasında 40-a yaxını internet saytları, digərləri isə qəzet və jurnallardır. Bu KİV-lərin əksəriyyətinin nəşriyyata borcu var. Yaranmış borcun ümumi rəqəmini sizə söyləyə bilmərəm. Çünki bu kommersiya sirridir”.
Ağabəy Əsgərov borcu olan sözügedən KİV-lərin “reket jurnalistika” ilə məşğul olmadığını söyləyib:
“Bu KİV-lərin heç biri “reket” deyil. Çünki onların heç birinin adı hazırda Mətbuat Şurasının “qara siyahı”sında yoxdur. Zaman-zaman bu KİV-lərdən hansının adı “qara siyahı”ya düşürsə, biz onları dərhal binadan uzaqlaşdırırıq. Ona görə də hazırda binamızda “reket mətbuat” yoxdur”. 
Baş direktor borcun hansı səbəblərdən yaranmasını da açıqlayıb:
“Son illər Azərbaycanda kağızın və kommunal haqqlarının qiyməti qalxıb. Ölkədə elektrik enerjisinin qiyməti 50 faiz, suyun qiyməti 53 faiz, qazın qiyməti isə 100 faiz qalxdığı üçün bizdə məcbur olub qiymətləri qaldırmışıq. Amma bununla yanaşı biz borcu yaranan KİV-ləri çox da sıxmırıq, borcu təcili qaytarmağa məcbur etmirik. Onlara anlayışla yanaşırıq. Həmin KİV-lər də çalışırlar ki, borclarını tez qaytarsınlar”. 

Baxılıb :810
{r-rp} {r-rm}



Digər Xəbərlər
Gündəm
İdman Xəbərləri
Şou-Biznes
Facebook Səhifəmiz
Sizinxeber.Az © 2015-2018 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir. Created by Sizinxeber.Az