Gənclər və idman nazirinin yeni müavini kimdir? — Dosye

Gənclər və idman nazirinin yeni müavini kimdir? — Dosye


Bu gün gənclər və idman nazirliyinə yeni müavin təyin edilib.
“Ölkə.Az” xəbər verir ki, Azərbaycan Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacyev vəzifəsindən azad edilərək gənclər və idman nazirinin müavini təyin edilib. 
Hacıyev Fərhad 1980-ci ildə Sumqayıt şəhərində anadan olub. Azərbaycan Universitetini və Azərbaycan Dövlət İqtisad Universitetini fərqlənmə ilə bitirib. Fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi var. Harvard Kennedi Məktəbinin məzunudur. Əmək fəaliyyətinə 1998-ci ildən Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasında departament müdiri vəzifəsində başlayıb. 1999-cu ildə ARGTMŞ-in Məclis Sədri, 2000-ci ildə isə Baş Katibi seçilmişdir. 2001-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman nazirliyində Beynəlxalq təşkilatlarla iş sektorunun müdiri vəzifəsinə təyin olunub. 
2001-2002-ci illərdə Azərbaycan Respublikasının silahlı qüvvələrində hərbi xidmətdə olmuşdur. 2002-ci ilin noyabr ayında Gənclər və İdman nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur. 2006-2009-cu illərdə Avropa Şurasının Gənclərlə iş üzrə Proqram Komitəsinin sədri vəzifəsində çalışıb. 2011-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru vəzifəsində işləyib. Bu gün isə idman və gənclər nazirinin müavini təyin edilib.
2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərancamı ilə Dövlət qulluğunda fərqlənməyə görə medalı ilə təltif edilib. 2015-ci ildə Birinci Avropa Oyunlarının təşkilində iştirak etdiyinə görə Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu ilə təltif edilib.
Ailəlidir.
Hikmət Həsənov

Baxılıb :1 080
{r-rp} {r-rm}



Digər Xəbərlər
Gündəm
İdman Xəbərləri
Şou-Biznes
Facebook Səhifəmiz
Sizinxeber.Az © 2015-2018 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir. Created by Sizinxeber.Az