Azad edilmiş ərazilərin bərpasına əhəmiyyətli maliyyə təminatı yaradılacaq – Nazir » Sizinxeber.az - Azərbaycan Xəbərləri
13 
Kas
2023
11:41

Azad edilmiş ərazilərin bərpasına əhəmiyyətli maliyyə təminatı yaradılacaq – Nazir

13 Kas, 2023
11:41
1

Azad edilmiş ərazilərin bərpasına əhəmiyyətli maliyyə təminatı yaradılacaq – Nazir

Növbəti ilin dövlət büdcəsi və sonrakı 3 il büdcə çərçivəsi də azad edilmiş ərazilərin bərpası üçün əhəmiyyətli maliyyə təminatının yaradılmasını nəzərdə tutur.

Trend-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında dövlət büdcəsinin müzakirəsi zaman maliyyə naziri Samir Şərifov deyib.

O qeyd edib ki, müdafiə və milli təhlükəsizliyin gücləndirilməsi də dövlət büdcəsində prioritet istiqamətlər olaraq qəbul edilib.

Nazir əlavə edib ki, indiyə qədər azad olunmuş ərazilərin bərpasına ümumilikdə 11 milyard manat vəsait xərclənib, cari ilin sonuna isə bu vəsaitin 12 milyard manata çatması gözlənilir.

Qeyd edək ki, Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 173 000,0 min manat, xərcləri 36 763 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 33 399 895,0 min manat, yerli gəlirləri 773 105,0 min manat, mərkəzləşdirilmiş xərcləri 35 980 547,0 min manat, yerli xərcləri 782 453,0 min manat) məbləğində nəzərdə tutulur.

Bizimlə əlaqə saxlayın