13 
Kas
2023
11:38

Bankların göndərdiyi xəbərdarlıq SMS-lərinin qiymətləri artacaq

13 Kas, 2023
11:38
26

Bankların göndərdiyi xəbərdarlıq SMS-lərinin qiymətləri artacaq

Mərkəzi Bank bankomatlar vasitəsi ilə plastik kartlardan vəsaitlərin nağdlaşdırılması zamanı haqqların aşağı salındığını bildirib. Bu xüsusən digər bankların bankomatlarından nağdlaşdırma zamanı xərcləri azaldacaq. Bu müsbət haldır. Amma bu xidmətdə güzəşt edən bəzi banklar digər istiqamətlərdə qiymət artımlarına getməklə yenə də müştərilər hesabına daha çox gəlir əldə etməyə çalışırlar. Yəni, nəticədə yenə də müştərilərin xidmətlər üzrə xərcləri yüksək olaraq qalacaq.

Trend xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

O qeyd edib ki, bir sıra sistem əhəmiyyətli banklar SMS xəbərdarlıq tarifini gələn aydan 2.5 dəfə artırmaq qərarı veriblər.

"Əvəllər 40 qəpiyə olan bu xidmət gələn aydan 1 manat olacaq. Əslində, belə artımlar özü də süni qiymət artımı və ya sektor mövqeyindən istifadə deməkdir. Çünki, nəinki son dövrlər rabitə tariflərində hər hansı artım yoxdur, əksinə texnologiyanın yeniləşməsi sms göndərmənin maya dəyərini xeyili aşağı salıb.

Belə olan halda isə, bu xidmətlərdə kəskin qiymət artımını iqtisadi baxımdan izah etmək mümkün deyil. Bu baxımdan, requlator kimi Mərkəzi Bank belə kəskin tarif artımlarının səbəblərinin araşdırması və yöndə interventiv addımlar atması çox vacibdir. Bəlkə də, sms xidmətinin 1 manata çatdırılması yüksək xərc kimi görsənməyə bilər, amma sistemli əhəmiyyətli banklarda müştərilərin sayını nəzərə alsaq bu kifayət qədər böyük dövriyyə deməkdir. Bu baxımdan da, liberal iqtisadiyyat prinsipləri çərçivəsində belə süni tarif artımların tənzimlənməsi çox vacibdir", - deyə V. Bayramov əlavə edib.


Bizimlə əlaqə saxlayın