"Maşın şou"dan uzaqlaşdırılan İlhamə efirə çıxdı, görün nələr danışdı - VİDEO

"Maşın şou"dan uzaqlaşdırılan İlhamə efirə çıxdı, görün nələr danışdı - VİDEO


Oyuncaqlar bir-bir atıldıqca, oyuncaq olduqlarını anlayacaqlar. Axırda oyunçular qalacaq. Ən güclü oyunçu məhz mən idim. Bilirdilər ki, mən finala qalsam, yuxusuz da qalacam, ac da qalacam, susuz da qalacam, fizioloji ehtiyacları da ödəmədən dözə bilərəm. Çünki sutkalarla yuxusuz qalıb, kompüter arxasında montaj edən insanam. Ona görə məni ilk hədəf olaraq seçdilər

Bu sözləri bir gün öncə "Maşın" şounu tərk edən aparıcı İlhamə Bədəlova bu gün qonağı olduğu "10-dan sonra" verilişində deyib. O, şoudakı bir çox iştirakçını "oyuncaq" adlandırmaqdan da çəkinməyib.

Aparıcı şouda bu qədər qalmağının onun üçün gözlənilməz olduğunu da sözlərinə əlavə edib:

"Sözün açığı, mən inanmırdım ki, 7 gün dayanam orada. Düşünürdüm 3-4 gün. 3-4 günlük paltar götürmüşdüm. Son 2 gün paltar axtarırdım geyinməyə. Özümə də təəccüblü gəldi ki, hələ yarışda qalıram".

Qeyd edək ki, Hüseyn Əzizoğlu 57,48% səs toplayaraq şouda qalıb. O, yarışmadan İlhamə Bədəlovanı çıxarıb.

mənbə: milli.az



Baxılıb :6 990
{r-rp} {r-rm}



Digər Xəbərlər
Gündəm
İdman Xəbərləri
Şou-Biznes
Facebook Səhifəmiz
Sizinxeber.Az © 2015-2018 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir. Created by Sizinxeber.Az