Fəxri ad alan məşhur simalar SEVİNCLƏRİNİ belə bölüşdülər- FOTOLAR/VİDEO

Fəxri ad alan məşhur simalar SEVİNCLƏRİNİ belə bölüşdülər- FOTOLAR/VİDEO


Prezident İlham Əliyev incəsənət xadimlərini fəxri adlarla təltif edib.
Sizinxeber.Az xəbər verir ki, “Xalq artisti” və “Əməkdar artist” adını aldıqlarını öyrənən məşhur simalar maraqlı paylaşımlar ediblər.
“Əməkdar artist” adına layiq görülən Elçin Cəfərov : “Bütün İncəsənət adamlarını təbrik edir və cənab prezidentə sənət camiyasına biganə qalmadığı üçün xüsusi təşəkkür edirəm!” şərhini və sərəncamın yer aldığı fotonu paylaşıb.

“Xalq Artisti” fəxri adına layiq görülən Natiq ritm qrupunun rəhbəri Natiq Şirinov da Azərbaycan bayrağı fonundakı şəklini paylaşıb və Dövlət başçısına təşəkkürünü ünvanlayıb. O: “Prezident İlham Əliyev Azərbaycan mədəniyyətinin inkişafında göstərmiş xidmətlərinə görə Şirinov Natiq Bahadur oğlunu Azərbaycan Respublikasının Xalq Artisti fəxri adına layiq görmüşdür. Cənab Prezidentimizə dərin təşəkkürlərimizi bildiririk…” şərhini “İnstagram” sosial şəbəkəsindən sevənləri ilə bölüşüb.

Eyyub Yaqubov isə “Xalq Artisti” fəxri adına layiq görülüb və o “Facebook” sosial şəbəkəsindən öz sevincini belə dostları ilə bölüşüb: “Əziz və hörmətli dostlar! Cənab prezidentin sərəncamı ilə “Xalq artisti” fəxri adına layiq görüldüm. Bunun üçün hər kəsə, sizlərə öz ehtiramımı bildirirəm!”.
Qeyd edək ki, Yaqubovun  bu şad xəbərinə təbrik şərhləri yağıb.

Məşhur klarnet ifaçısı Əlixan Səmədov isə təəccübünü gizlətməyib. O: ” Biraz əvvəl aldığım xəbərə görə, Prezidentimiz Cənab İlham Əliyev tərəfindən Azərbaycan Respublikası “Xalq Artisti” adına liq görüldüm. Çox xoşbəxtəm… Cənab Prezidentə şükranlarımı sunuram”.

Avroviziya təmsilçimiz Səbinə Babayeva isə həmin anları yolda ikən öyrənib və sevincini gizlədə bilməyib. O: “Dostlar, mən artıq Azərbaycan Respublikasının Əməkdar Artistiyəm!
Cənab Prezident İlham Əliyev çox sağolsun ki, bu bayram günlərində bizə bu gözəl hədiyyəni, bu xoşbəxtliyi verdi. Mən çox xoşbəxtəm, çox sevinirəm. Birinci xanım, Mehriban Əliyeva sizə öz dərin təşəkkürümü , minnətdarlığımı bildirirəm!
Mən sənət yolunda həmişə tək olmuşam , təkbaşına irəlilədim. Heç bir köməksiz,yardımsız. Mənim yanımda heç bir komanda, prodüser çalışmayıb. Bu günü mən səbirsizliklə gözləyirdim, arzu edirdim öz ürəyimdə. Nə yaxşı ki, Cənab Prezidentimiz və hörmətli Vitse-Prezidentimiz bu hədiyyəni , bu xoşbəxtliyi bizə verdi!”- şərhini əlavə edərək sevincini gizlətməyib.
Sevilən ifaçılardan olan Miri Yusif isə : “Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev bir neçə saat öncə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə incəsənət işçilərinə Azərbaycan Respublikasının fəxri adlarının verilməsinə qərar verib. Bugün bu siyahıda öz adımı görmək məni qürurlandırdı. 20 il öncə başladığım musiqi fəaliyyətimin son 10 ilini solo fəaliyyətə həsr etmişəm. Uğur əldə etmək heç vaxt asan olmayıb. Hər zaman öz əməyimə, sənətimə görə alın təri tökmüşəm və hər dinləyici alqışını dırnaqlarımla, əziyyətimlə tək-tək qazanmışam.
İlk öncə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə məni bu fəxri ada layiq gördüyünə görə dərin təşəkkür edirəm!
Daha sonra öz valideynlərimə minnətdarlığımı bildirirəm, çünki qazanmış olduğum hər uğurun memarı onlar olduğu kimi bu ad da onlara məxsusdur” şərhini və öz şəklini paylaşıb.



Baxılıb :4 935
{r-rp} {r-rm}



Digər Xəbərlər
Gündəm
İdman Xəbərləri
Şou-Biznes
Facebook Səhifəmiz
Sizinxeber.Az © 2015-2018 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir. Created by Sizinxeber.Az