Maral Tahirqızı: “Dedim ki, məni bir də belə qalmaqallı verilişə dəvət etməyin”

Maral Tahirqızı: “Dedim ki, məni bir də belə qalmaqallı verilişə dəvət etməyin”


Maral Tahirqızı “El bizim, sirr bizim” verilişindən qovulmasıyla bağlı yayılan xəbərlərə münasibət bildirib.
O, “Ölkə.Az”-ın əməkdaşıyla söhbətində bildirib ki, efirə gecikibmiş. M.Tahirqızının sözlərinə görə, o, çəkiliş məkanına çatanda studiyada dava-dalaş gedirmiş:
“Verilişə gecikmişdim. Elə çatanda gördüm ki, verilişdə dava-dalaş gedir, o, ona deyir, bu, buna deyir. Kimsə xalqa deyə bilməz ki, sən filankəsi istəməlisən. Maraqlı deyil, istəmir də. Əgər xalq kimisə dinləmirsə, ona mən günahkaram? Əgər maraq doğura bilsələr, xalq tərəfindən sevilərlər. Dedim ki, məni bir də belə qalmaqallı verilişə dəvət etməyin. Efirdən özüm durub çıxmışam. Kimisə təhqir, tənqid etmək mənlik deyil”.
Qeyd edək ki, verilişin aparıcısı E.Əlibəylinin M.Tahirqızıya qarşı qeyri-etik davranışı sosial şəbəkələrdə müzakirəyə səbəb olub.

Baxılıb :1 515
{r-rp} {r-rm}



Digər Xəbərlər
Gündəm
İdman Xəbərləri
Şou-Biznes
Facebook Səhifəmiz
Sizinxeber.Az © 2015-2018 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir. Created by Sizinxeber.Az