20 
Eyl
2023
12:45

Erməni terroru nəticəsində həlak olan polis Asim Camalzadə ilə vida mərasimi keçirilib - FOTO

20 Eyl, 2023
12:45
0

Erməni terroru nəticəsində həlak olan polis Asim Camalzadə ilə vida mərasimi keçirilib - FOTO

Sentyabrın 19-da qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənddə yerləşdirilən minanın partlaması ilə törədilən terror aktı nəticəsində həlak olan polis Asim Knyaz oğlu Camalzadə ilə vida mərasimi keçirilib.

“Report”un yerli bürosu məlumat verir ki, Asim Camalzadə ilə vida mərasimi onun yaşadığı evdə - Sumqayıt şəhər 20-ci mikrorayon ev 54-ün qarşısında olub.

Mərasimdə Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndələri, DİN-in əməkdaşları Sumqayıt şəhər hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhər ictimaiyyətinin təmsilçiləri iştirak edib. Vida mərasimindən sonra şəhidimiz dəfn olunması üçün Sumqayıt Şəhidlər Xiyabanına aparılıb. Dəfn Mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak edib.


Qeyd edək ki, sentyabrın 19-u DİN-in əməkdaşlarının olduğu “Kamaz” markalı nəqliyyat vasitəsi həmin gün Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının öldürülməsi ilə nəticələnmiş terror hadisəsinin baş verdiyi yer istiqamətində hərəkət edərkən saat 04:30 radələrində Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək partlamış, törədilmiş terror aktı nəticəsində DİN-in əməkdaşları olan 05.02.1994-cü il təvəllüdlü Asim Knyaz oğlu Camalzadə, 08.07.1987-ci il təvəllüdlü Arif oğlu Şirinov Ramil, 12.07.1991-ci il təvəllüdlü Seymur Elsevər oğlu Mahmudov və 21.07.1998-ci il təvəllüdlü Xəzər Azər oğlu Zamanov hadisə yerində həlak olublar.

Bizimlə əlaqə saxlayın