03 
Kas
2023
13:46

Şöbə müdiri: “Dünya çempionatının Heydər Əliyevin yubileyi ərəfəsində Bakıda keçirilməsi tarixi hadisədir”

03 Kas, 2023
13:46
2

Şöbə müdiri: “Dünya çempionatının Heydər Əliyevin yubileyi ərəfəsində Bakıda keçirilməsi tarixi hadisədir”

“Çövkən üzrə dünya çempionatının ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində Bakıda keçirilməsi tarixi hadisədir”.

“Report” xəbər verir ki, bunu Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov Bakıda keçiriləcək çövkən üzrə dünya çempionatına və ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunacaq Milli Atçılıq Festivalından əvvəl mətbuat konfransında deyib.

O, Azərbaycan Respublikası Atçılıq Federasiyasına belə tədbir təşkil etdikləri üçün təşəkkürünü çatdırıb:

“Bu, bizim üçün gözəl şansdır. Atçılıq idman növünə gənclər arasında marağın yaranmasını istəyirik. Burada medianın rolu da önəmlidir. Hər kəsi bayram günündə bu yarışı izləməyə dəvət edirik. Əminəm ki, təşkilatçılıq baxımından problem olmayacaq. Bu federasiyanın əvvəlki yarışları necə keçirdiyini görmüşük. İdmançılara uğurlar arzulayıram”.

Qeyd edək ki, festival və dünya çempionatı noyabrın 5-8-də baş tutacaq. Turnirdə Azərbaycan, Mərakeş, Qazaxıstan, Polşa, Türkiyə və Özbəkistan kollektivləri mübarizə aparacaqlar.

Bizimlə əlaqə saxlayın