Prezidentin köməkçisi: Bayrağımız Qarabağda dalğalanacaq

Prezidentin köməkçisi: Bayrağımız Qarabağda dalğalanacaq


Bugünkü tədbirimiz iki mötəbər hadisəyə həsr olunub. İlk hadisə ulu öndər Heydər Əliyevin 95 illik yubileyi çərçivəsində, ikinci hadisə isə AXC-nin yaradılmasının yüzilliyi çərçivəsində keçirilir.  
Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri Fuad Ələsgərov ümummilli lider Heydər Əliyevin 95 illiyi və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan “Sevdiyim” adlı layihənin təqdimat mərasimində deyib:
“Bu gün həm də qeyd edildiyi kimi, Azərbaycan dövlət bayrağına həsr olunmuş mahnının təqdimatı olacaq. 
Müstəqil Azərbaycan dövlətinin üçrəngli bayrağı dövlət rəmzi kimi ilk dəfə AXC tərəfindən 1918-ci ilin 9 noyabr tarixində təsdiq edilib. Təəssüflər olsun ki, bu bayraq cəmi 23 ay yaşaya bildi. Lakin cümhuriyyətin süqut etməsinə baxmayaraq, Azərbaycan xalqı öz bayrağını daima öz qəlbində yaşadıb və 70 il sonra ona sahib çıxıb.
1990-cı il 17 noyabr tarixində ümumilli lider Heydər Əliyevin təşəbbüsü ilə keçirilmiş Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında üçrəngli bayrağımız Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiq edilib.
Elə həmin gün dövlət bayrağımız sessiyaya gətirilib və Ali Məclisdə ucaldılıb. Bu, çox fədakar addım idi. 
Bizim müstəqilliyə gedən yolumuz elə həmin gündən başladı. Ümumilli liderimiz dövlət bayrağımıza sadəcə dövlət rəmzi kimi deyil, dünya Azərbaycanlılarını birləşdirən simvol kimi dəyər verirdi.
1969-cu ildə ümummilli lider Azərbaycana rəhbərlik etməyə başlayanda Azərbaycan Sovet Ittifaqında ən geridə qalmış respublikalardan biri idi. Lakin 13 illik rəhbərlik dövründə Azərbaycan Sovet Ittifaqının ən inkişaf etmiş və qabaqcıl ölkələrindən birinə çevrildi”.
Fuad Ələsgərov bildirib ki, hazırda Azərbaycan ordusu müasir silahlarla təchiz edilib, yüksək döyüş hazırlığına malik, ali baş komandanın rəhbərliyi ilə ən çətin tapşırıqların öhdəsindən gəlməyə qadirdir:
“Bu ordu öz gücünü 2016-cı ilin aprel ayındakı dövrlərdə göstərib və üçrəngli bayrağı düşməndən azad edilən torpaqlarda ucaldıb. Əminik ki, yaxın zamanlarda üçrəngli bayrağımız Qarabağda dalğalanacaq”.

Baxılıb :630
{r-rp} {r-rm}



Digər Xəbərlər
Gündəm
İdman Xəbərləri
Şou-Biznes
Facebook Səhifəmiz
Sizinxeber.Az © 2015-2018 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir. Created by Sizinxeber.Az