Azərbaycan və Türkiyə prezidentlərinin görüşü olacaq

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü olacaq


Bu gün Ankarada rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Sizinxeber.Az” xəbər verir ki, R.T.Ərdoğan 11:30-da  Azərbaycan prezidenti İlham Əliyevi öz iqamətgahında qarşılayacaq. Daha sonra prezidentlərin təkbətək görüşü keçiriləcək. 
Görüşdən sonra prezidentlərin Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yeddinci iclasına qatılacaqlar. Toplantıdan sonra Azərbaycanla Türkiyə arasında sənədlər imzalanacaq. Sonra prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan birgə mətbuat konfransı keçirəcəklər. 
Görüş rəsmi nahar yeməyi ilə başa çatacaq.
Qeyd edək ki, aprelin 24-də Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə iki günlük rəsmi səfəri başlayıb.
Bu, aprelin 11-də keçirilən prezident seçkilərində qalib gələn dövlət başçısı İlham Əliyevin xarici ölkəyə ilk rəsmi səfəridir.

Baxılıb :360
{r-rp} {r-rm}



Digər Xəbərlər
Gündəm
İdman Xəbərləri
Şou-Biznes
Facebook Səhifəmiz
Sizinxeber.Az © 2015-2018 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir. Created by Sizinxeber.Az