İlham Əliyev: Dünyada bir-birinə bu qədər yaxın başqa iki ölkə yoxdur

İlham Əliyev: Dünyada bir-birinə bu qədər yaxın başqa iki ölkə yoxdur


Azərbaycan prezidenti İlham Əliyev Türkiyəyə səfəri çərçivəsində Türkiyə Böyük Millət Məclisinin spikeri İsmayıl Kahramanla görüşüb.
Sizinxeber.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, görüş Məclisin Divan Salonunda baş tutub.
Prezident iki ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu bəyan edib.
“Dünyada bir-birinə bu qədər yaxın başqa iki ölkə yoxdur. Bu münasibətlər tarixi köklərlə bağlıdır. Bu gün Türkiyə və Azərbaycan həm ikitərəfli, həm də çoxtərəfli əlaqələrdə işbirliyi içərisindədir. Bundan sonra da münasibətlər daha sıx olacaq”, – Azərbaycan prezidenti bildirib.

Baxılıb :510
{r-rp} {r-rm}



Digər Xəbərlər
Gündəm
İdman Xəbərləri
Şou-Biznes
Facebook Səhifəmiz
Sizinxeber.Az © 2015-2018 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir. Created by Sizinxeber.Az