23 
Eyl
2023
12:09

Şəhid gizirin son arzusu yerinə yetirildi - VİDEO

23 Eyl, 2023
12:09
103

Şəhid gizirin son arzusu yerinə yetirildi - VİDEO

Ötən gün sosial şəbəkələrdə uşaqlıq dostu Elvin Heydərovla danışarkən videosu yayılan şəhid gizir Nəcməddin Quliyevin son arzusu reallaşdırılıb.

Belə ki, video yayılan kimi dərhal Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi tərəfindən Cəlilabad rayonu “46 N-li Yol İstismarı” MMC-yə şəhid gizirin yaşadığı Çünzəli kəndinin yolunun asfaltlanması ilə bağlı tapşırıq verilib.

MMC tərəfindən bir neçə saat ərzində əraziyə lazımi texnikalar və canlı qüvvə səfərbər edilib, asfaltlanma işləri icra olunaraq yekunlaşdırılıb.

Bizimlə əlaqə saxlayın