Təhsil xərcləri artırılır » Sizinxeber.az - Azərbaycan Xəbərləri
21 
Eyl
2023
16:59

Təhsil xərcləri artırılır

21 Eyl, 2023
16:59
2

Təhsil xərcləri artırılır

Gələn il proqnozlaşdırılan təhsil xərcləri açıqlanıb.

Trend xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin hazırladığı “2024-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” sənədində bildirilib.

Sənəddə qeyd edilib ki, 2024-cü il dövlət büdcəsindən dövlət büdcəsindən təhsil bölməsi üzrə 102 tədbiri əhatə edən 10 proqramın həyata keçirilməsi üçün 4549,9 milyon manat (xüsusi çəkisi 12,5 faiz) məbləğində vəsaitin yönələcəyi proqnozlaşdırılıb.

Xatırladaq ki, 2023-cü ilin dövlət büdcəsində təhsil xərcləri 4 407 164 329 manat proqnozlaşdırılıb. Beləliklə, gələn il üçün hüquq-mühafizə və prokurorluq üzrə xərclər 3,2 faiz artırılır.

Qeyd edək ki, 2024-cü il üçün dövlət büdcəsi xərcləri 36355,0 milyon manat (ÜDM-in 30,7 faizi) həcmində proqnozlaşdırılır.

Bizimlə əlaqə saxlayın