Dövlət qulluqçularına ömürlük müavinətin şərtləri dəyişdirildi

Dövlət qulluqçularına ömürlük müavinətin şərtləri dəyişdirildi


Parlamenntin bugünki iclasında “Sosial müavinətlər haqqında” qanuna dəyişiklik layihəsi müzakirə edilib.
Sizinxeber.Az-ın məlumatına görə, qanunun 7.0.1-ci maddəsində “dövlət qulluğunda xidmət illərinin minimum həddinə (5 il)” sözlərinin “dövlət qulluğu vəzifəsində minimum qulluq stajına (15 il)” sözləri ilə əvəzlənməsi təklif olunur.
 
Bununla da, “Dövlət qulluğu haqqında” qanuna əsasən inzibati və yardımçı vəzifələri tutan dövlət qulluqçuları pensiya yaşına çatmasına və ya əlilliyinə görə könüllü işdən çıxdıqda və dövlət qulluğu vəzifəsində minimum qulluq stajına (15 il) və əmək pensiyası almaq hüququna malik olmadıqda dövlət qulluqçularına ömürlük müavinət təyin edilir.
Hazırda qüvvədə olan qanuna görə, dövlət qulluqçularına ömürlük müavinət - “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası qanununa əsasən inzibati və yardımçı vəzifələri tutan dövlət qulluqçuları pensiya yaşına çatmasına və ya əlilliyinə görə könüllü işdən çıxdıqda və dövlət qulluğunda xidmət illərinin minimum həddinə (5 il) və əmək pensiyası almaq hüququna malik olmadıqda təyin edilir.
Layihə səsə qoyularaq qəbul olunub. 

Baxılıb :930
{r-rp} {r-rm}



Digər Xəbərlər
Gündəm
İdman Xəbərləri
Şou-Biznes
Facebook Səhifəmiz
Sizinxeber.Az © 2015-2018 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir. Created by Sizinxeber.Az