14 
Eyl
2023
01:12

Britaniya səfirliyi Ağdam-Xankəndi yolunun açılmasını alqışlayır

14 Eyl, 2023
01:12
0

Britaniya səfirliyi Ağdam-Xankəndi yolunun açılmasını alqışlayır

Ağdam-Xankəndi yolundan Qarabağdakı ermənilərə humanitar yardım aparan Rusiya Qırmızı Xaç Cəmiyyətinə məxsus yük maşınının keçidini alqışlayırıq.

Trend xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld sosial media hesabında qeyd edib.

“Növbəti addım kimi, BQXK-nin Ağdam-Xankəndi və Laçın yolundan istifadə edərək Qarabağa humanitar yardımları çatdırmasını dəstəkləyirik”,- deyə səfir bildirib.

Qeyd edək ki, ötən gün Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən göndərilən yükün Xankəndinə keçidi baş tutub. Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə dolu, ümumilikdə 1 TIR ərzaq yükü artıq Ağdam rayonundan keçərək Xankəndinə doğru hərəkət edib.

Xatırladaq ki, Rusiya hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, Rusiya tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədi ilə, Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən göndərilən ərzaq və qeyri-ərzaq məhsulları ilə, ümumilikdə 1 TIR ərzaq yükü 2 gündür Bərdə şəhərində gözlədilirdi. Separatçı erməni dəstələri humanitar yardımın Ağdam-Xankəndi yolu ilə Xankəndinə getməsinə maneə törədirdi.

Bizimlə əlaqə saxlayın