Bu sahələrdə çalışanların maaşı artırıldı – SƏRƏNCAM

Bu sahələrdə çalışanların maaşı artırıldı – SƏRƏNCAM


Prezident İlham Əliyev mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb.

Sizinxeber.Az-ın məlumatına görə, dövlət büdcəsindən maliyyələşdirilən mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb.

Dövlət başçısının digər sərəncamı ilə kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi sahələrində çalışan işçilərin əməkhaqları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb.

Prezident İlham Əliyevin daha bir sərəncamı ilə meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan işçilərin əməkhaqları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb.

Digər sərəncamla isə mənzil-kommunal, nəqliyyat və rabitə sahələrində çalışan işçilərin əməkhaqları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb.

Nazirlər Kabinetinə bu sərəncamlardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Baxılıb :945
{r-rp} {r-rm}



Digər Xəbərlər
Gündəm
İdman Xəbərləri
Şou-Biznes
Facebook Səhifəmiz
Sizinxeber.Az © 2015-2018 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir. Created by Sizinxeber.Az