İlham Əliyev Bakıdakı yanğınla bağlı tapşırıqlar verdi

İlham Əliyev Bakıdakı yanğınla bağlı tapşırıqlar verdi


Azərbaycan Prezidenti İlham Əliyev Respublika Narkoloji Mərkəzində baş verən yanğının nəticələrinin tez bir zamanda aradan qaldırılması və yanğının səbəblərinin araşdırılması ilə bağlı təxirəsalınmaz tədbirlərin görülməsi ilə əlaqədar müvafiq tapşırıqlar verib.
Sizinxeber.Az xəbər verir ki, hadisə yerinə gələn dövlət başçısı yanğının səbəblərinin araşdırılması ilə bağlı təxirəsalınmaz tədbirləri görməyi tapşırıb.
Prezident İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısına və səhiyyə nazirinə həlak olanların ailə üzvlərinə kömək göstərilməsi və zərərçəkənlərə təcili olaraq lazımi tibbi yardım edilməsi ilə bağlı göstərişlər verib.
Qeyd edək ki, martın 2-də səhər saatlarında Respublika Narkoloji Mərkəzində baş verən yanğın zamanı 25 nəfər ölüb.

Baxılıb :1 350
{r-rp} {r-rm}



Digər Xəbərlər
Gündəm
İdman Xəbərləri
Şou-Biznes
Facebook Səhifəmiz
Sizinxeber.Az © 2015-2018 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir. Created by Sizinxeber.Az