18 
Eyl
2023
18:59

Lənkəranda son durum: Yağış ciddi fəsadlar törədib - RƏSMİ AÇIQLAMA

18 Eyl, 2023
18:59
0

Lənkəranda son durum: Yağış ciddi fəsadlar törədib - RƏSMİ AÇIQLAMA

İntensiv yağışlar Lənkəranda bir sıra fəsadlar törədib. Bölgədə yağış nəticəsində Lənkərançay məcrasından çıxıb. Çay kənarında olan evlərə, həyətyanı sahələrə sel suları dolub. Aidiyyəti qurumlar fəsadların aradan qaldırılması üçün əraziyə cəlb olunublar.

O, Lənkəranda hazırda vəziyyətin normal olduğunu deyib. İcra başçısının birinci müavini tələfatların olmadığını diqqətə çatdırıb.

"Lerikdən gələn Lənkəran çay məcrasından çıxmışdı. İndi su çəkilib. Yaralanan, yaxud dünyasını dəyişən olmayıb. Bundan sonra həyətlərin ziyan görməsi ilə bağlı məlumat olarsa, məsələ ilə maraqlanılacaq. Hələ ki, sakitlikdir. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da baxış keçirib. Elə əsaslı bir problem yoxdur", - Möhübbət Babayev vurğulayıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinin Mülki müdafiə idarəsinin rəisi polkovnik Araz Hüseynov bildirib ki, Nazirliyin qüvvələri tərəfindən su basmış ərazilərdə su çəkmə işləri və fərdi yaşayış evlərində köməksiz qalmış vətəndaşların təxliyəsi həyata keçirilir. “Hazırda Astara rayonunun Ərkivan qəsəbəsində və Maşxan kəndində, Lənkəran rayonu Sütəmurdov kəndində su basmış ərazilərdən suyun çəkilməsi və digər təhlükəsiz tədbirlərin həyata keçirilməsi davam etdirilir. Köməksiz vəziyyətdə qalmış 27 vətəndaş təxliyə olunub”, - deyə A.Hüseynov qeyd edib.


Bizimlə əlaqə saxlayın