Rəşid Behbudovun doğum günüdür » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
14 
dek
2023
10:24

Rəşid Behbudovun doğum günüdür

14 dek, 2023
10:24
1 764

Rəşid Behbudovun doğum günüdür

Hərbi xidməti zamanı ordu ansamblının solisti olan R.Behbudov əsgəri xidmətdən sonra Tbilisi estrada qruplarından birində solistliyə başlayıb, İkinci Dünya müharibəsi zamanı ön cəbhədə əsgərlər qarşısında çıxışlar edib.

Sizinxəbər.Az xəbər verir ki,1943-cü ilin sonunda Bakı kinostudiyasında Üzeyir Hacıbəyovun eyniadlı operettasının motivləri əsasında çəkilən “Arşın mal alan” filmində baş rola dəvət alıb. 1945-ci ildə film efirə çıxıb və çox tez bir zamanda nəinki Azərbaycanda, bütün Sovet İttifaqında böyük populyarlıq qazanıb. 1946-cı ildə bu filmdəki “Əsgər” roluna görə Rəşid Behbudov “Stalin mükafatı” ilə təltif olunub.

1949-cu ildə Budapeştdə keçirilən Gənclərin və Tələbələrin Ümumdünya Festivalında çıxış edib.

1946-1956-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1953-1960-cı illərdə fasilələrlə M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, 1957-1959-cu illərdə Azərbaycan Dövlət Konsert Ansamblının təşkilatçısı və rəhbəri olub. 1966-cı ildən musiqi və estrada sənətinin caz, balet, pantomim kimi müxtəlif janrlarını üzvi surətdə birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını təşkil edib və ömrünün sonunadək onun solisti və bədii rəhbəri olub.

Bütün Sovet respublikaları ilə yanaşı Argentina, Bolqarıstan, Belçika, Çili, Çin, Efiopiya, Finlandiya, Hindistan, İran, İraq, İtaliya, Misir, Türkiyə və s. ölkələrdə geniş repertuarla çıxış edən R.Behbudov Azərbaycan xalq mahnılarının və Azərbaycan bəstəkarlarının vokal əsərlərinin xarici ölkələrdə populyarlaşmasında çox böyük rol oynayıb. R.Behbudov Hindistana səfəri haqqında “Uzaq Hindistanda” kitabını yazıb.

1959-cu ildə ona “SSRİ Xalq artisti”, 1980-ci ildə “Sosialist Əməyi Qəhrəmanı” adları verilib. SSRİ-nin “Lenin”, “Qırmızı Əmək Bayrağı”, “Xalqlar Dostluğu” ordenləri ilə təltif olunub, bir sıra xarici ölkələrin dövlət mükafatlarına layiq görülüb.

Dahi sənətkar 1989-cu il iyunun 9-da Moskva şəhərində vəfat edib.

Qeyd edək ki, sənətkarın bir qız övladı yadigar qalıb. Qızı Rəşidə Rəşid Azərbaycanın tanınmış opera müğənnisidir.

Bizimlə əlaqə saxlayın