İnsanları sosial tənbəlliyə sürükləyən səbəb

İnsanları sosial tənbəlliyə sürükləyən səbəb


Bəzən insan hansısa işi görməyə ərinir, tənbəllik edir. Bu gün görəcəyi işi hansısa bəhanələrlə təxirə salır, günlərlə uzadır. Atalar isə yaxşı deyib ki, əldən qalan iş, əlli il qalar. Bəs insanlar niyə tənbəlliyə bu qədər meylli olur?
Sizinxeber.Az ailem.az-a istinadən psixoloq Rövşən Uğurun bununla bağlı fikirlərini təqdim edir.
R. Uğur məlumat verir ki, 1883-cü ildə insanın tənbəl varlıq olduğunu sübut etmək üçün keçirilmiş araşdırma maraqlı nəticələri ortaya qoyur. Təcrübə 20 nəfər arasında keçirilir və ilk əvvəl bir ipin uc hissəsinə dinamometr taxılır (bu alət bir insanın işə nə qədər enerji sərf etdiyini ölçmək üçün istifadə olunur). Sonra həmin insandan ipi var gücü ilə çəkməsi istənilir. Təcrübədə bura qədər hər şey qaydasında gedir, ancaq sonradan sınananın yanına bir nəfər də gətirib, birlikdə bu ipi dartmalarını xahiş edirlər. Nəticədə ilk dəfə ipi tək başına çəkən insan əvvəlkinə nisbətən təxminən 7% aşağı performans göstərmiş olur. Daha sonra təcrübəyə 4 nəfər də əlavə olunur və bu dəfə göstərilən performans miqdarı daha 13% faiz aşağı düşmüş olur. Sonrakı mərhələdə təcrübə artan xətlə 6-8-10 nəfərlə təkrarlanmış və insan sayı artdıqca, kütlə içərisində diqqətdən kənar qalma şansının artması fikrinin yarandığı müşahidə olunmuşdur: "Şəxslər, diqqət mərkəzində olmadıqları üçün bütün güclərini ortaya qoymur və nəticədə işi yerinə yetirmək üçün yüksək performans göstərmirlər. Təcrübə ən yüksək sayda sınananla keçirildiyində, tək olanda göstərilən cəhdlə müqayisədə, iştirakçıların performanslarında 50% azalma olduğu müşahidə edilir. Həmin gündən sonra bu hadisə psixologiyada sosial tənbəllik olaraq adlandırılmağa başlayır. Yəni qısaca deyə bilərik ki, insan oğlu bütün uğuru tək sahiblənməyəcəyini anladığı an tam gücü ilə işləmir, "mənə nə" deyərək əlində olan işi yola verməyə çalışır və standart bir performans göstərir. Yəqin ki, hər kəs bəzi anlarda bu cür davrandığını təsdiqləyər. Bəzən hər hansı bir qrup işi görərkən və ya hər hansı bir əşyanı digərləri ilə birlikdə bir yerdən başqa yerə daşıdığımız anları buna misal çəkə bilərik. Bax buna psixologiyada "Ringelman" təsiri deyilir".

Baxılıb :1 005
{r-rp} {r-rm}



Digər Xəbərlər
Gündəm
İdman Xəbərləri
Şou-Biznes
Facebook Səhifəmiz
Sizinxeber.Az © 2015-2018 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir. Created by Sizinxeber.Az