WhatsApp yeni yeniləməsi ilə diqqət çəkir

WhatsApp yeni yeniləməsi ilə diqqət çəkir


Dünyanın ən çox istifadə edilən mesajlaşma tətbiqi WhatsApp, Android versiyası üçün Google Play Beta Proqramı vasitəçiliyi ilə yeni bir yeniləmə təqdim edən beta versiyasını 2.18.75-ə yüksəldib. WhatsApp beta 2.18.75 versiyası, mesajlaşma tətbiqi üçün hansı yenilikləri gətirir? Bildiyiniz kimi WhatsApp bir müddətdir tətbiq gətirəcəyi çıxartmalar xüsusiyyəti üzərində çalışmaqdadır.

Sizinxeber.Az teach.az-a istinadən xəbər verir ki, əvvəl istifadəçilərin istədikləri çıxartmaları yükləyə biləcəkləri bir WhatsApp Çıxartma Mağazası açan şirkət, indi də mağazaya yeni çıxartma paketləri əlavə etməyə başlayıb.

Çıxartma xüsusiyyəti hələ istifadəçilərin xidmətinə təqdim edilmiş deyil. Tətbiqini 2.18.75 versiyasına aktuallaşdıran beta istifadəçiləri çıxartmalar xüsusiyyətinə çatmamalarına təəccüblənməsinlər. Çıxartmalar xüsusiyyətinin istifadəçilərə nə zaman təqdim ediləcəyi bu an üçün bilinmir. Lakin WhatsApp, xüsusiyyəti son halına çatdırdıqda və mağazaya kifayət qədər çıxartma paketi əlavə etdiyində, xüsusiyyətin bütün dillərə tərcümə əməliyyatlarını reallaşdırıb istifadəçilərə təqdim edəcək.

WhatsApp yeni yeniləməsi ilə diqqət çəkir

Baxılıb :1 515
{r-rp} {r-rm}



Digər Xəbərlər
Gündəm
İdman Xəbərləri
Şou-Biznes
Facebook Səhifəmiz
Sizinxeber.Az © 2015-2018 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir. Created by Sizinxeber.Az