“WhatsApp”dan mesajları silənlər, DİQQƏT! - Silinən mesajlar geri qayıdır?

“WhatsApp”dan mesajları silənlər, DİQQƏT! - Silinən mesajlar geri qayıdır?


"WhatsApp” sosial şəbəkəsi vasitəsilə yayılan şəxsi informasiyalar asanlıqla ələ keçirilə bilər.
Bu gün milyonlarla insan "WhatsApp” mesenceri vasitəsilə bir-birinə şəxsi məlumatlar – yazı, foto və videolar göndərir. Lakin şəxsi hesab etdiyimiz bu məlumatlar başqaları tərəfindən asanlıqla ələ keçirilə bilər. Hətta mesajlar silinsə belə, bəzi tədbiqlər vasitəsilə "WhatsApp”dakı arxiv mesajları bərpa etmək mümkündür.
Məsələ ilə bağlı açıqlama verən İKT Mərkəzinin direktoru Fərid Kazımov bildirib ki, telefonlar nəzarətsiz olarsa, bəzi proqramlar vasitəsilə bu yazışmalar ələ keçirilə bilər:
""WhatsApp”ın bazarda olan digər mesencerlərə nisbətdə təhlükəsizliyi daha çox təmin olunub. Lakin bu, mesencerdə olan foto, video və şəxsi yazışmaların başqaları tərəfindən ələ keçiriləməyəcəyi demək deyil. Təbii, bunu qorumağın yolları var. Ən əsas, istifadəçilər çalışmalıdır ki, öz telefonlarını başqalarına verməsinlər. Yəni, telefonları nəzarətsiz qoymasınlar. Telefonlar nəzarətsiz olarsa, proqramlar vasitəsilə mesencer ələ keçirilə bilər.
Bununla yanaşı, quraşdırılan proqramlar vasitəsilə həmin şəxslər sizin "WhatsApp” arxivinizə belə çıxış əldə edə bilərlər. Nəzərə almaq lazımdır ki, "WhatsApp”da təhlükəsizlik formatında olan funsiyası da var. Müəyyən müddətdən sonra sizin mesajlarınız, video və şəkilləriniz "WhatsApp”ın qlobal arxivindən pozula bilər. Şəxsi məlumatlarınızı "WhatsApp” arxivində qalmasını istəmirsinizsə, həmin funsiyaları telefonunuzda aktiv edə bilərsiniz. Bu da təhlükəsizliyin təmin edilməsi baxımından olduqca önəmlidir.
Qeyd eytdiyim kimi, "WhatsApp” təhlükəsizliyi üçün ən vacib məsələ telefonunuzun başqasının əlinə keçəməməsidir. Başqasının əlinə keçərsə, onda müəyyən təhükələr yarana bilər. Yox, telefonunuzdan heç kim istifadə etmirsə, bu, bir çox hallarda təhlükəsizliyin təmin edilməsi deməkdir”.Metbuat.az


Baxılıb :1 110
{r-rp} {r-rm}



Digər Xəbərlər
Gündəm
İdman Xəbərləri
Şou-Biznes
Facebook Səhifəmiz
Sizinxeber.Az © 2015-2018 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir. Created by Sizinxeber.Az