27 
Ekm
2023
14:00

Ramiz Qafarovun dəfn yeri bilindi

27 Ekm, 2023
14:00
0

Ramiz Qafarovun dəfn yeri bilindi

Xəbər verdiyimiz kimi, Tofiq Bəhrəmov adına Respublika stadionunun tanınmış diktoru Ramiz Qafarov ötən gün infarktdan dünyasını dəyişib.

Ölkə.Az-ın əldə etdiyi məlumata görə, mərhum diktor bu gün Keşlə qəbiristanlığında torpağa tapşırılacaq.

Hazırda mərhumun cənazəsi Göy məsciddən dəfn olunmaq üçün Keşləyə aparılır.

O, günorta saat 14:00-da torpağa tapşırılacaq.

Qeyd edək ki, hadisə Çelenc Kuboku çərçivəsində kişi voleybolçulardan ibarət "Xarı Bülbül" (Şuşa) komandası ilə Slovakiyanın "Spartak (Miyava) kollektivi ilə mübarizə aparan zaman yaşanıb. Diktor Bakıda baş tutan qarşılaşmanı izləyənlər arasında olub.
Ramiz Qafarov infarkt keçirib və həkimlər ona təcili yardım göstərib. 

Məşhura elektroşok verilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Bizimlə əlaqə saxlayın