30 
Eyl
2023
16:44

Zəngilanda 160 yerlik uşaq bağçası inşa ediləcək

30 Eyl, 2023
16:44
3

Zəngilanda 160 yerlik uşaq bağçası inşa ediləcək

“Prezident İlham Əliyevin sentyabrın 28-də Zəngilan şəhərində təməlini qoyduğu 160 yerlik uşaq bağçasının həyətində oyun meydançası salınacaq, avtodayanacaq və digər zəruri infrastruktur yaradılacaq”.

“Report”un Zəngilana ezam edilmiş müxbiri xəbər verir ki, bunu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə xüsusi nümayəndəliyinin böyük məsləhətçisi Aqil Qurbanov bildirib.

Onun sözlərinə görə, uşaq bağçası bir hektar ərazidə inşa olunacaq. Məktəbəqədər təhsil müəssisəsinin ikimərtəbəli binasında qrup, inzibati, texniki və tibb otaqları, idman və musiqi zalları, mətbəx, camaşırxana yaradılacaq. Burada uşaqların rahatlığı, ilkin biliklərə yiyələnmələri və əylənmələri üçün hər cür şərait təmin ediləcək.

Bizimlə əlaqə saxlayın