Azərbaycanda bu şəxslərin borcu silindi

Azərbaycanda bu şəxslərin borcu silindi


Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” 2016-cı il 30 dekabr tarixli qanunun 1-ci, 2.1-ci və 3-cü maddələrinə əsasən 70133 vergi ödəyicisi üzrə 729 mln. 234,7 min manat borc məbləğinin qeyd-şərtsiz olaraq silinməsi təmin edilib.
APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.
Hesabatda qeyd olunub ki, qanunun 2.2-ci və 3-cü maddələrinə əsasən isə 2017-ci ilin yanvar-mart ayları ərzində edilmiş 8 mln. 88,4 min manat ödənişlər müqabilində 4455 vergi ödəyicisinin 01.01.2017-ci il tarixə mövcud olan maliyyə sanksiyaları üzrə borclarının 13 mln. 822,9 min manatı silinib.
Ümumilikdə, qanunun 1-ci, 2.1-ci və 3-cü maddələrinə əsasən 74588 vergi ödəyicisi üzrə 743 mln. 57,6 min manat məbləğində borcu silinib.

Baxılıb :2 310
{r-rp} {r-rm}



Digər Xəbərlər
Gündəm
İdman Xəbərləri
Şou-Biznes
Facebook Səhifəmiz
Sizinxeber.Az © 2015-2018 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir. Created by Sizinxeber.Az