“Azercell”i satın almaq dövlətə nə vəd edir?

“Azercell”i satın almaq dövlətə nə vəd edir?


“Telia Sonera” və “Turkcell”ə məxsus olan “Fintur Holdings B.V.” (Fintur) şirkəti özünün  Azərbaycanın telekommunikasiya operatoru “Azercell”in tam səhmdarı olan “Azertel”dəki 51.3 faiz payını Azərbaycan Respublikasının tam dövlət mülkiyyətində olan “AzInTelekom”a satmağa razılıq verib.
“Azercell”in 100 faiz kapital dəyəri 432 milyon avrodur
Sizinxeber.Az xəbər verir ki, “Telia” Şirkətinin prezidenti və baş icraçı direktoru Johan Dennelind şirkətin satın alınmasına münasibət bildirib.
O deyib ki, “Turkcell” ilə Azərbaycanda fəaliyət göstərən “Azercell”dəki paylarını satmaq barədə birgə razılığa gəliblər:
“Bu, bizim Avrasiya məkanından çıxmaq üzrə səylərimiz çərçivəsində dördüncü satışımızdır. Yeni Nəsil Telco strategiyamıza əsasən, əsas diqqəti artıq Nordik və Baltik regionuna yönəldirik.
Mən “Azercell”in bütün əməkdaşlarına göstərdikləri böyük zəhmətə və töhfəyə görə təşəkkür edir və onlara şirkətin fəaliyyətinin növbəti mərhələsində uğurlar arzu edirəm”.
Məlum olub ki, “Fintur” şirkəti hazırda “Telia” Şirkətinə (58.55 faiz) və “Turkcell”ə (41.45 faiz) məxsusdur. “Fintur”un “Azertel”dəki 51.3 faiz payı üzrə razılaşdırılmış məbləğ 222 milyon Avrodur.
“Azercell”in 100 faiz kapital dəyəri 432 milyon avro, bazar kapitalizasiyası isə nağd və borcdan azad şəkildə 197 milyon avrodur. Məbləğ 2017-ci il göstəricilərinə əsasən EV/EBİTDA x 2.1-ə bərabərdir.
Şirkətdən bildirilir ki, əməliyyatı imzalamazdan əvvəl “Telia” Şirkəti ciddi uyğunluq yoxlaması və alıcı üzrə yoxlama aparıb. Bütün müvafiq yoxlamalar müsbət nəticə ilə başa çatdırılıb. Azərbaycanın tam dövlət mülkiyyətində olan şirkət olaraq “AzInTelecom” “Telia” şirkətinin tələblərinə uyğun alıcıdır.   
Dünyanın hər yerində böyük şirkətlərdə pay dəyişikliyi baş verir
İqtisadçı-ekspert Cəfər İbrahimli Oxu.Az-a  bildirdi ki, “Fintur Holdings B.V.” şirkətinin əsas səhmdarı olan “Telia Company AB” özünün Avrasiya bölgəsində olan biznesindən çıxmaq prosesindədir. O cümlədən, həmin proses “Telia Company AB” şirkətinin Azərbaycan bazarından çıxmasını şərtləndirirdi:
“Azercell” sektorda müasir texnologiyalardan istifadə edən, daim yeniliklərə açıq qurumdur. Dövlətin 51,3 faiz payı alması rabitə xidmətlərinin keyfiyyətini yüksəldəcək və yeni nəsil şəbəkə xidmətlərini tətbiq edəcək”.
Ekspert deyir ki, şirkətdə 49 faiz pay xaricilərə məxsusdur:
“Dünyanın hər yerində böyük şirkətlərdə pay dəyişikliyi baş verir. Bu, biznes prosedurudur. Hesab edirəm ki, son satınalma mobil operator bazarında hər hansı sıxıntıya səbəb  olmayacaq”.

Baxılıb :1 650
{r-rp} {r-rm}



Digər Xəbərlər
Gündəm
İdman Xəbərləri
Şou-Biznes
Facebook Səhifəmiz
Sizinxeber.Az © 2015-2018 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir. Created by Sizinxeber.Az